Azərbaycan musiqi mədəniyyətinin sevilən simalarından biri, tanınmış müğənni Məhəbbət Kazımovun anım günü qeyd olunur.
“Tehsil365” xəbər verir ki, o, özünəməxsus ifa tərzi, emosional səsi və xalq musiqisinə verdiyi töhfələrlə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb.
Məhəbbət Kazımov yaradıcılığı boyunca əsasən muğam və xalq mahnılarını böyük ustalıqla ifa edib, Azərbaycan milli musiqisinin təbliğində mühüm rol oynayıb. Onun səsləndirdiyi mahnılar bu gün də sevilərək dinlənilir və musiqisevərlərin yaddaşında yaşayır.

