"Tehsil365" İnformasiya Agentliyinin icraçı direktor vəzifəsinə yeni təyinat həyata keçirilib.
“Tehsil365" xəbər verir ki, bu vəzifəyə Amidə Zeynalova təyin edilib.
Qeyd edək ki, Amidə Zeynalova bundan əvvəl "Tehsil365" İnformasiya Agentliyinin “Könüllü müxbir” layihəsində könüllü müxbir kimi fəaliyyət göstərmiş, öz işini peşəkarlıqla yerinə yetirmiş və fəaliyyətinə görə diplomla təltif olunmuşdur.
Onun peşəkarlığı və media sahəsində qazandığı təcrübənin “Tehsil365”in fəaliyyətinə əlavə dəyər qatacağına əminik.
Amidə Zeynalovaya yeni vəzifəsində uğurlar arzu edirik!

