Təhsil 365 - Logo Mobile

Azərbaycan Keniyadakı məktəbə humanitar yardım göndərib

8227.01.2026 - 07:10
Azərbaycan Keniyadakı məktəbə humanitar yardım göndərib

Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Keniyanın Vihiqa əyalətində yerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinə növbəti dəfə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.

“Tehsil365" xəbər verir ki, Azərbaycanın Keniyadakı Səfirliyindən verilən məlumata əsasən, bu yardım AİDA-nın 2025-ci ildəki ilk maliyyə töhfəsinin davamıdır və əqli qüsurlu uşaqların təhsil aldığı məktəbin sinif otaqlarının və yataqxanaların təmiri, içməli su təminatı, təlim-tədris materiallarının və zəruri mebellərin alınması da daxil olmaqla bir sıra təcili institusional ehtiyaclarını qarşılayacaq.

Yanvarın 26-da AİDA-nın humanitar yardımının təqdim edilməsi münasibəti ilə məktəbdə mərasim keçirilib. Mərasimdə Vihiqa əyaləti qubernatorunun müavini Uilberfors Kitiezo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Vihiqa əyalətinin komissarı Florens Sitava, Keniya Təhsil Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Səfir Sultan Hacıyev AİDA-nın maliyyə yardımı əsasında məktəbdə həyata keçirilmiş işlərlə və alınmış maddi-texniki vəsaitlərlə tanış edilib.

Səfir Sultan Hacıyev inklüziv təhsilin davamlı inkişafın və bərabərliyin əsas komponenti kimi əhəmiyyətini vurğulayıb. Azərbaycanın Heydər Əliyev Fondu və AİDA vasitəsi ilə Keniyada və digər Afrika ölkələrində təhsil, gənclərin gücləndirilməsi, mədəniyyət və səhiyyə sahələrində humanitar yardım fəaliyyətindən danışıb.

Vihiqa əyalətinin qubernatorunun müavini Uilberfors Kitiezo AİDA-nın Keniyadakı humanitar fəaliyyətini Azərbaycanın dayanıqlı inkişafa və Cənub-Cənub əməkdaşlığına sadiqliyinin nümayişi olaraq qiymətləndirib və yardıma görə Azərbaycan Hökumətinə təşəkkür edib. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərini qeyd edərək, bu təqaüdün iki ölkənin xalqları arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu vurğulayıb.

Direktor Benina Vafula məktəbin müraciətini nəzərə alıb AİDA tərəfindən yenidən maddi yardım göndərilməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Keniyadakı səfirliyinə minnətdarlığını bildirib. O, bu xeyirxah aksiyanın Vihiqa əyalətində Azərbaycan haqqında unudulmaz təəssüratların yaranmasına böyük töhfə olacağını qeyd edib.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan Milli Teatr Günü NDU-da11.03.2026 - 07:37
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - Video11.03.2026 - 07:30
Bu günün hava proqnozu 11.03.2026 - 07:22
Sudan sonra ən sağlıqlı içki açıqlanıb11.03.2026 - 07:15
Bu qidaları soyuducuda saxlamaq olmaz11.03.2026 - 07:09
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan etdi11.03.2026 - 07:00
Bir neçə ölkədə ilk dəfə COVID-19 yoluxması qeydə alındı11.03.2026 - 06:36
Azərbaycan təsviri sənətində özünəməxsus üslub yaratmış rəssam – Əşrəf Muradoğlu11.03.2026 - 06:18
Azərbaycan qadın futbolunun gənc nümayəndəsi – Vüsalə Seyfəddinova11.03.2026 - 06:00
Avroviziya səhnəsində Azərbaycanı təmsil edən müğənni – Çingiz Mustafayev11.03.2026 - 05:42
Tanınmış kamança ifaçısı və alim – Toğrul Mirnazim oğlu Əsədullayev11.03.2026 - 05:18
Azərbaycan səhnəsinin tanınmış sənətkarı – Hicran Fətəli qızı Nəsirova11.03.2026 - 05:06
Azərbaycan səhnəsinin tanınmış simalarından biri – Lütviyyə Şamil qızı Səfərova11.03.2026 - 04:54
Milli Azadlıq hərəkatının fəallarından biri: Oqtay Eldəgəz11.03.2026 - 04:18
Azərbaycanın görkəmli səhnə ustası: Bəşir Səfər oğlu Səfərov11.03.2026 - 04:00
Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı10.03.2026 - 19:55
DİM: Buraxılış imtahanının nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub10.03.2026 - 19:48
DİM buraxılış imtahanında sualların çətin tərtib olunması məsələsinə aydınlıq gətirib10.03.2026 - 19:42
Sabah yağış yağacaq, külək əsəcək10.03.2026 - 19:36
Azərbaycanda tanınmış jurnalist vəfat etdi 10.03.2026 - 19:30
“Məktəblərdə ev tapşırıqlarının çox olması şagirdlərə necə təsir edir?” – Təhsil eksperti açıqladı10.03.2026 - 19:25
Horovluda bayram şənliyi: məktəblilər Yel çərşənbəsini qarşıladılar10.03.2026 - 19:16
Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub10.03.2026 - 19:10
"Yaxşı işçilər" barədə yeni qanun qüvvəyə minə bilər10.03.2026 - 19:05
Stressin xərçəngə səbəb olduğu isbat olundu10.03.2026 - 19:00
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib10.03.2026 - 18:56
MEDİA bəyanat yaydı10.03.2026 - 18:55
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub10.03.2026 - 18:52
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 18:48
ChatGPT-də yeni dövr başlayır10.03.2026 - 18:45
Dərbənddə Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq10.03.2026 - 18:44
İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən açıqlama 10.03.2026 - 18:40
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 18:38
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir10.03.2026 - 18:32
Mətbuat Şurasında ehtiyatda olan polkovnik-leytenantın elmi və jurnalist fəaliyyətinə nəzər salınıb10.03.2026 - 18:28
“Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində nəşr olunub10.03.2026 - 18:21
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 18:20
Azərbaycanda xaricdə təhsilə maraq azalır - İrana görə10.03.2026 - 18:14
Media nümayəndələri üçün "Vizual təsirin gücləndirilməsi" mövzusunda vörkşop keçirilib10.03.2026 - 18:10
Azərbaycan Universitetinin əməkdaşları “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlayıblar10.03.2026 - 18:09
Leyla Əliyeva "Qız Qalası" qalereyasında olub10.03.2026 - 18:02
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qaldı10.03.2026 - 18:00
"Google Maps"dən Bakı ilə bağlı yenilik 10.03.2026 - 18:00
“İmmuniteti gücləndirən xüsusi üsul yoxdur” – Tibb eksperti Qalib Əsədovdan açıqlama10.03.2026 - 17:55
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub10.03.2026 - 17:52
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 17:50
Noutbukdakı bu qəribə bağlayıcı nədir, niyə heç kim ondan istifadə etmir?10.03.2026 - 17:50
Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır10.03.2026 - 17:44