Təhsil 365 - Logo Mobile

DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək

7927.01.2026 - 10:50
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək

Fevralın 27-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə növbəti imtahan təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365"ə bildirilib ki, imtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər, ilk növbədə, Mərkəzin saytında “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat fevralın 16-sı saat 18:00-dək davam edəcək.

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat 16 fevral saat 18:00-dək aparılacaq.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Uşaqların I sinfə qəbulu prosesi başlayır30.04.2026 - 12:25
Bakı və regional təhsil idarələrinin mühasiblərinə “TəhsilPlus” kartı haqqında ətraflı məlumat verilibBakı və regional təhsil idarələrinin mühasiblərinə “TəhsilPlus” kartı haqqında ətraflı məlumat verilib30.04.2026 - 12:00
Sosial şəbəkələrin gündəlik həyata təsiri- ARAŞDIRMA 30.04.2026 - 09:56
Birgəyaşayış mədəniyyəti, tolerantlığın ünvanı - Oğuz məktəbliləri ilə maarifləndirici görüş30.04.2026 - 09:42
Audiovizual Şuradan BDU-da seminar30.04.2026 - 09:30
ADU-da Fəxrəddin Atayevin yeni monoqrafiyasının təqdimatı keçirilib30.04.2026 - 09:22
ADU-da “Beynəlxalq indekslər və tədqiqatın analitik qiymətləndirilməsi” mövzusunda seminar keçirilib30.04.2026 - 09:10
ADNSU-da 48 nəfər Qazaxıstanlı elmi-tədqiqat təcrübəsi keçib30.04.2026 - 09:00
Mayda nadir təbiət hadisəsi baş verəcək30.04.2026 - 08:49
Bu günə olan hava proqnozu 30.04.2026 - 08:41
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür30.04.2026 - 08:30
BMU-da tələbələr üçün maliyyə savadlılığına dair maarifləndirici seminar30.04.2026 - 08:20
BMU ilə Odoo arasında əməkdaşlıq memorandumu imzalanıb30.04.2026 - 08:11
"Apple"dan fotoşəkillərin redaktəsi ilə bağlı yenilik30.04.2026 - 08:00
Albaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia BDU-da olub30.04.2026 - 07:51
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsində30.04.2026 - 07:41
Xəzərdə zəlzələ olub30.04.2026 - 07:32
ADU-da 28 Aprel işğalına həsr olunmuş elmi dəyirmi masa keçirilib30.04.2026 - 07:20
ADU müəllimləri süni intellekt üzrə təlimdə iştirak ediblər30.04.2026 - 07:11
Azərbaycan və Andorra arasında diplomatik əlaqələr quruldu30.04.2026 - 07:00
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi xatırlanır30.04.2026 - 06:36
BMT Təhlükəsizlik Şurası Kəlbəcərlə bağlı 822 saylı qətnamə qəbul etdi30.04.2026 - 06:18
Çaykənd əməliyyatının başlanması Qarabağ müharibəsində mühüm mərhələ oldu30.04.2026 - 06:00
“Koroğlu” operasının ilk səhnə təqdimatı Azərbaycan musiqi tarixində mühüm hadisə kimi yadda qaldı30.04.2026 - 05:42
Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynquliyevin xidmət yolu30.04.2026 - 05:18
Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi anılır30.04.2026 - 05:06
Azərbaycanın sabiq naziri Azad Rəhimovun fəaliyyəti xatırlanır30.04.2026 - 04:54
Xalq artisti Ramiz Quliyev vəfat edib30.04.2026 - 04:36
Siyavuş Qarayev: Azərbaycan neft təhsilinin inkişafına töhfə verən alim və rektor30.04.2026 - 04:18
Ənvər Əlixanov: Azərbaycanın dövlət idarəçiliyində və elmində iz qoymuş şəxsiyyət30.04.2026 - 04:00
Naxçıvan məktəblisi beynəlxalq olimpiadaya vəsiqə qazanıb29.04.2026 - 19:56
9 mart imtahanı: apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM29.04.2026 - 19:48
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq 29.04.2026 - 19:44
Mayda müəllimlər sertifikasiyadan keçəcək - fənlər və tarixlər29.04.2026 - 19:36
Mayda temperatur 32 dərəcəyədək yüksələcək29.04.2026 - 19:28
AzMİU-da “Dizayn Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib29.04.2026 - 19:24
DİM-də TOEFL iBT imtahanı keçirilib29.04.2026 - 19:18
Şirvan Peşə Liseyinə yeni təyinat olub29.04.2026 - 19:14
Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”29.04.2026 - 19:08
Məktəblərdə rəqəmsal texnologiyaların tətbiqi hansı səviyyədədir? – Təhsil eksperti açıqladı29.04.2026 - 19:02
Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR29.04.2026 - 19:00
Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa29.04.2026 - 18:54
Londonda təhsil alan azərbaycanlı: Hədəfim qazandığım bilikləri ölkəmizdə tətbiq etməkdir29.04.2026 - 18:50
Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı29.04.2026 - 18:46
Xalq artisti Yusif Qasımov: Dünyada Azərbaycan rəqsinə böyük maraq var29.04.2026 - 18:40
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı olub29.04.2026 - 18:38
Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi İstanbulda qeyd edilib29.04.2026 - 18:32
AMEA-da türkiyəli mütəxəssislərin iştirakı ilə arxeologiya üzrə treninqlərə başlanılıb29.04.2026 - 18:20