Təhsil 365 - Logo Mobile

“Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” kitabı nəşr olunub

7227.01.2026 - 11:18
“Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” kitabı nəşr olunub

“Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” kitabı nəşr olunub.

Bu barədə “Tehsil365"ə AMEA Mərkəzi Elmi Kitabxanadan məlumat verilib.

Bildirilib ki, təqdim olunan monoqrafiya korporativ elektron kitabxana sistemlərinin rəqəmsal transformasiya və biliklərin idarə olunması kontekstində müstəqil elmi-tədqiqat obyekti kimi nəzəri əsaslandırılmasına həsr olunub.

Nəşrin layihə rəhbəri AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Əsərin müəllifləri MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Kitabxananın Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin baş mütəxəssisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanovdur.

Monoqrafiyada korporativ elektron kitabxana sistemlərinin arxitektura, funksional və institusional xüsusiyyətləri ətraflı şəkildə təhlil olunur, onların səmərəliliyinin qiymətləndirilməsi üçün modellər irəli sürülür, həmçinin süni intellekt və rəqəmsal ekosistemlər şəraitində inkişaf perspektivləri araşdırılır. Əldə olunan elmi nəticələr korporativ elektron kitabxana sistemlərinin layihələndirilməsi və təkmilləşdirilməsi, elmi tədqiqatlar və praktiki fəaliyyət sahələrində tətbiq oluna bilər.

Nəşrdə korporativ elektron kitabxana sistemləri yalnız texnoloji platforma kimi deyil, biliklərin toplanması, qorunması, strukturlaşdırılması və istifadəsini təmin edən mürəkkəb sosiotexniki sistem kimi təqdim edilir.

Kitabın elmi redaktoru Bakı Mühəndislik Universitetinin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı, texnika elmləri doktoru Vaqif Qasımovdur. Rəyçilər isə Bakı Dövlət Universitetinin İnformatika kafedrasının müdiri texnika elmləri doktoru Mübariz Xəlilov və ADA Universitetinin Kitabxana və İnformasiya Xidmətləri Mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədovdur.

Kitabxana-informasiya elminin inkişafına töhfə verən, elmi yanaşma ilə praktiki təcrübəni uzlaşdıran bu tədqiqat əsəri alim və tədqiqatçılarla yanaşı, korporativ informasiya sistemlərinin layihələndirilməsi və idarə olunması ilə məşğul olan mütəxəssislər üçün də dəyərli elmi mənbədir.

Qeyd edək ki, monoqrafiyanın elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Aydan Ələkbərova

Xəbər Lenti

Fransa rəsmilərinə "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadə qadağan ediləcək28.01.2026 - 08:00
Bu il metronun yeni stansiyası açılacaq28.01.2026 - 07:49
“İzzət” kino mükafatının təqdimatı olub - FOTO28.01.2026 - 07:37
Uşaqların reklamlarda istifadəsi qadağan OLUNACAQ28.01.2026 - 07:25
Yetkinlik yaşına çatmayanlarla bağlı istintaq proseslərində psixoloqların iştirakı təmin ediləcək28.01.2026 - 07:12
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan ediləcək28.01.2026 - 07:01
Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır28.01.2026 - 06:47
BSU-da professor Mahirə Hüseynovanın kitabının təqdimatı keçirilib - FOTOLAR28.01.2026 - 06:35
Şirvanda şahmat turnirinə start verilib - FOTO28.01.2026 - 06:22
Məşhur müğənni infarkt keçirdi - FOTO28.01.2026 - 06:10
“Söhbətchill” layihəsinin növbəti görüşü baş tutub - FOTO28.01.2026 - 05:57
İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir28.01.2026 - 05:45
Yaponiya şirkətindən inqilabi addım: Süni intellekti rəsmi olaraq işə götürür28.01.2026 - 05:34
Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub - FOTO28.01.2026 - 05:21
“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir28.01.2026 - 05:11
Bu gün hava necə olacaq? 28.01.2026 - 04:59
ADU müəllimləri Psixologiya Elmi-Tədqiqat İnstitutunun ixtisasartırma təlimində iştirak ediblər 27.01.2026 - 15:21
ADU-da EKİXM-in 2021–2025-ci illəri əhatə edən illik hesabatı təqdim olunub - FOTO27.01.2026 - 15:04
AMEA-nın İctimai Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib - FOTO27.01.2026 - 14:49
Gələn ildən XI siniflər xarici dildən yeni modeldə imtahan verəcəklər - DİM27.01.2026 - 14:38
Əməkdar məşqçi vəfat etdi27.01.2026 - 14:25
“Dezinformasiya kampaniyası internetin rusdilli seqmentindən qaynaqlanır”27.01.2026 - 14:14
Qarabağ Universitetinin tələbələri imtahanda - Reportaj27.01.2026 - 14:01
“Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək27.01.2026 - 13:48
Azərbaycan Omanda beynəlxalq forumda təmsil olunub - FOTO27.01.2026 - 13:35
Mədəniyyət Nazirliyi: Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb27.01.2026 - 13:24
Teatrlarda bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilər27.01.2026 - 13:13
Görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd ediləcək27.01.2026 - 12:58
Milli Kitabxanada İsmayıl bəy Qutqaşınlı və Sara Aşurbəyliyə həsr olunmuş kitab sərgiləri açılıb27.01.2026 - 12:47
Kitabxanada İsmayıl bəy Qutqaşınlı haqqında silsilə materiallar hazırlanıb27.01.2026 - 12:36
Dövlət Uşaq Filarmoniyasında Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunacaq27.01.2026 - 12:23
Uşaq Filarmoniyasında konsert - Andersen nağıllarının sehrində musiqili səyahət27.01.2026 - 12:11
Bu gün aşıq Ədalət Nəsibovun doğum günüdür - FOTO27.01.2026 - 11:55
Gənclər Kitabxanasında Əməkdar elm xadimi Sara Aşurbəylinin xatirəsi anılıb27.01.2026 - 11:43
ADAU-da diferensial əmək haqqı sistemi tətbiq olunacaq27.01.2026 - 11:30
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Pakistanın MUSLİM İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO27.01.2026 - 11:07
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək27.01.2026 - 10:50
Füzuli yaradıcılığına yeni baxış: Azərbaycan ədəbi dilinin linqvopoetik zirvəsi27.01.2026 - 10:37
Münxen Texniki Universiteti BANM ilə əməkdaşlığa maraq göstərir27.01.2026 - 10:25
Kimya İnstitutunda WUF 13-ə həsr olunan maarifləndirici seminarı keçirilib27.01.2026 - 10:12
Türkiyə universitetlərinə 2026-cı il üzrə təqaüd müraciətləri davam edir27.01.2026 - 10:00
Tarixçi alim Həsən Həsənovla görüşü keçirilib - FOTO27.01.2026 - 09:48
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı beynəlxalq elmi jurnalda dərc olunub27.01.2026 - 09:36
Məktəb direktorları üçün təlimlərə başlanılıb - FOTO27.01.2026 - 09:24
BMU-da yeni kompüter laboratoriyası istifadəyə verilib27.01.2026 - 09:10
Buraxılış imtahanlarında yeni model tətbiq ediləcək27.01.2026 - 08:59
Uşaq hüquqları ilə bağlı yeni qanun layihəsi hazırlanıb27.01.2026 - 08:47