Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyətinin fəaliyyətinin səmərəliliyinin artırılması və nəticəyönümlü idarəetmənin təmin edilməsi məqsədilə diferensial əmək haqqı sistemi tətbiq ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sistem 2026-cı ilin yanvar ayından etibarən tətbiq olunacaq, professor-müəllim heyətinin tədris və elmi fəaliyyəti, peşəkar inkişafı və ictimai fəallığı üzrə ümumi qiymətləndirmə nəticələrinə əsaslanacaq. Qiymətləndirmə prosesi müəyyən olunan qaydalara əsasən həyata keçirilir.

