Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və pedaqogika kafedrasının müəllimləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən təşkil olunmuş “Peşə fəaliyyətinin ümumi əsasları. Davranış pozuntusu” mövzusunda ixtisasartırma təlimində iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, təlim proqramı çərçivəsində davranış pozuntularının psixoloji əsasları, diaqnostika və korreksiya mexanizmləri, eləcə də peşə fəaliyyətində tətbiq olunan müasir yanaşmalar iştirakçılara təqdim olunub. Təlim zamanı müəllimlər nəzəri biliklərini zənginləşdirib, praktiki bacarıqlarını artırıb və peşəkar təcrübə mübadiləsi aparıblar.
Bildirilib ki, ixtisasartırma təlimində Günay Seyidova, Natavan Cəfərli, Ayşən Məmmədova, Rəhiməxanım Məmmədzadə və Humay Mehdiyeva fəal iştirak ediblər. Təlimin sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndirilib və müvafiq qaydalara uyğun olaraq sertifikatlar təqdim olunub.

