Könüllülük fəaliyyətinin təşviqi və gənclərin motivasiyasının artırılması məqsədi ilə həyata keçirilən “Söhbətchill” layihəsinin növbəti görüşü uğurla təşkil olunub.
“Tehsil365” xəbər verir ki, layihənin bu dəfəki qonağı Türkiyənin tanınmış aktyoru, “Kurtlar Vadisi” serialında canlandırdığı Güllü Erhan obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Erhan Ufak olub.
Səmimi və maraqlı atmosferdə keçən görüş zamanı Erhan Ufak sənət yolu, şəxsi həyat təcrübələri, sosial məsuliyyət anlayışı və könüllülüyün cəmiyyətdəki rolu barədə dəyərli fikirlərini bölüşüb. O, gənclərin ünvanladığı sualları böyük məmnuniyyətlə cavablandırıb. Tədbir iştirakçılar tərəfindən yüksək maraq və rəğbətlə qarşılanıb.
Görüş Bakı şəhərində yerləşən “Suraxanı” gəmi-muzeyində baş tutub. Tədbirdə DİM könüllüləri də fəal iştirak edərək layihəyə öz dəstəklərini göstəriblər.

