Təhsil 365 - Logo Mobile

BSU-da professor Mahirə Hüseynovanın kitabının təqdimatı keçirilib - FOTOLAR

9528.01.2026 - 06:35
BSU-da professor Mahirə Hüseynovanın kitabının təqdimatı keçirilib - FOTOLAR

Yanvarın 27-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyasına uyğun olaraq BSU-nun Tədbirlər Planı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin üzvü Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin işığında” adlı kitabının təqdimatı keçirilib.

Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Məlahət İbrahimqızı, Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Prezident Kitabxanasının direktor müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra professor Mahirə Hüseynovanın elmi-pedaqoji, ictimai fəaliyyəti və bədii yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında kitabın elmi və ictimai əhəmiyyətini vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycanda Azərbaycan tarixinin, mədəni irsinin və milli dəyərlərinin sistemli şəkildə tədqiqinə həsr olunan bu nəşr mühüm elmi əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışları əsasında hazırlanıb və Qərbi Azərbaycana qayıdış konsepsiyası, azərbaycançılıq ideologiyası, milli dəyərlər, Azərbaycan dili və tarixi ilə bağlı dövlət siyasətinin konseptual nümunəsi kimi təqdim olunur.

A.Nağıyev müəllifin elmi yanaşmasını yüksək qiymətləndirərək bildirib ki, kitabda aparılan tədqiqatlar tarixi faktlarla yanaşı folklor nümunələri, dil materialları və bədii elementlər vasitəsilə milli yaddaşın qorunmasına xidmət edir. O, BSU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Tədqiqat Mərkəzinin bu sahədə gördüyü işlərdən bəhs edərək professor Mahirə Hüseynovanın bu istiqamətdə verdiyi dəstəyi qeyd edib.

Tədbirdə Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti çıxış edərək kitabda Qərbi Azərbaycan reallıqlarının tarixi, elmi və mədəni aspektlərdən sistemli şəkildə araşdırıldığını vurğulayıblar.

Təqdimatın sonunda professor Mahirə Hüseynova çıxış edərək kitab barədə ətraflı məlumat verib, tədqiqat əsərində Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, dil, folklor və milli-mənəvi dəyərlərinin elmi əsaslarla araşdırıldığını diqqətə çatdırıb. O, kitabın təqdimatına görə BSU rəhbərliyinə təşəkkürünü bildirib.



Aydan Ələkbərova

Xəbər Lenti

ABŞ səfirliyi və Dövlət Departamenti nümayəndələri BAAU-da - FOTOLAR28.01.2026 - 14:48
Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir - FOTO28.01.2026 - 14:36
Psixoloqlar müsahibəyə cəlb olunacaq28.01.2026 - 13:30
AzMİU beynəlxalq reytinqlərdə mövqeyini gücləndirib - FOTO28.01.2026 - 13:18
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesinin nəticələri açıqlanıb28.01.2026 - 13:06
Ötən il dövlət büdcəsindən təhsilə 4,6 milyard manatdan çox vəsait ayrılıb28.01.2026 - 12:59
2025-ci ildə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 iddia qaldırılıb28.01.2026 - 12:38
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı olub - FOTO28.01.2026 - 12:25
Peşə təmayüllü siniflərdə hansı ixtisaslara tələbat yüksəkdir?28.01.2026 - 12:12
BMU “QS Avropa 2026” reytinqində 96 pillə irəliləyib - FOTO28.01.2026 - 11:54
Azərbaycanda 15 universitet reytinqdə yüksəlib28.01.2026 - 11:42
Magistratura imtahanının nəticələri elan olundu 28.01.2026 - 11:30
BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb - FOTO28.01.2026 - 11:20
UNEC “QS Avropa 2026” reytinqində Cənubi Qafqaz və Azərbaycanda birinci olub28.01.2026 - 11:07
“QS Avropa” reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə yüksəlib28.01.2026 - 10:57
BDU “QS Avropa 2026” reytinqində mövqeyini gücləndirib28.01.2026 - 10:40
BDU İndoneziyanın Multimedia Nusantara Universiteti ilə əməkdaşlığa başlayır28.01.2026 - 10:30
“Azərbaycan dilinin tarixi” kitabı işıq üzü görüb28.01.2026 - 10:20
Aqrar İnnovasiya Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyət imkanları müzakirə olunub28.01.2026 - 10:10
İraq-Türkman ədəbiyyatına dair yeni kitab nəşr olunub28.01.2026 - 09:56
BDU-da “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib - FOTO28.01.2026 - 09:43
UNEC Qafqazda yenə 1-ci oldu - FOTO28.01.2026 - 09:35
Azərbaycanda bu qədər uşaq baxçaya gedir - RƏSMI28.01.2026 - 09:23
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
Uşaqların sosial şəbəkəyə sərbəst girişi qadağan oluna bilər 28.01.2026 - 08:55
Nazir müavini: "Ailə institunun özünün yaşaması təhlükə altındadır"28.01.2026 - 08:43
Sabah hava necə olacaq? 28.01.2026 - 08:31
Uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək28.01.2026 - 08:20
BANM tələbəsi beynəlxalq hakatonda qalib oldu - FOTO28.01.2026 - 08:10
Fransa rəsmilərinə "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadə qadağan ediləcək28.01.2026 - 08:00
Bu il metronun yeni stansiyası açılacaq28.01.2026 - 07:49
“İzzət” kino mükafatının təqdimatı olub - FOTO28.01.2026 - 07:37
Uşaqların reklamlarda istifadəsi qadağan OLUNACAQ28.01.2026 - 07:25
Yetkinlik yaşına çatmayanlarla bağlı istintaq proseslərində psixoloqların iştirakı təmin ediləcək28.01.2026 - 07:12
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan ediləcək28.01.2026 - 07:01
Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır28.01.2026 - 06:47
Şirvanda şahmat turnirinə start verilib - FOTO28.01.2026 - 06:22
Məşhur müğənni infarkt keçirdi - FOTO28.01.2026 - 06:10
“Söhbətchill” layihəsinin növbəti görüşü baş tutub - FOTO28.01.2026 - 05:57
İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir28.01.2026 - 05:45
Yaponiya şirkətindən inqilabi addım: Süni intellekti rəsmi olaraq işə götürür28.01.2026 - 05:34
Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub - FOTO28.01.2026 - 05:21
“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir28.01.2026 - 05:11
Bu gün hava necə olacaq? 28.01.2026 - 04:59
ADU müəllimləri Psixologiya Elmi-Tədqiqat İnstitutunun ixtisasartırma təlimində iştirak ediblər 27.01.2026 - 15:21
ADU-da EKİXM-in 2021–2025-ci illəri əhatə edən illik hesabatı təqdim olunub - FOTO27.01.2026 - 15:04