Təhsil 365 - Logo Mobile

“İzzət” kino mükafatının təqdimatı olub - FOTO

7128.01.2026 - 07:37
“İzzət” kino mükafatının təqdimatı olub - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) “İzzət” kino mükafatının ilk təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından “Tehsil365"ə bildirilib ki, Azərbaycanın ilk kinoaktrisası, “Sevil” filmində Sevil, “Almaz”da Almaz obrazlarının mahir ifaçısı kimi tanınan İzzət Orucovanın şərəfinə adlandırılmış mükafat Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci dalğasının qalibidir. Mükafat AKİ-nin beynəlxalq əlaqələr və layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib və Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır. Mükafatın ilk qalibləri rejissor, AKİ-nin katibi Oleq Səfərəliyev, kinotənqidçi Sevda Sultanova, rejissor İlqar Nəcəf və rejissor, prodüser Türkan Hüseyndən ibarət münsiflər heyəti tərəfindən seçilib.

“İzzət” kino mükafatının ilk qalibləri aşağıdakılardır:

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı – Azərbaycan kinosunda qadınları ön plana çıxaran beynəlxalq film festivalı təşəbbüsü və uğurlu fəaliyyətinə görə (mükafat təşkilati heyət adından festivalın meneceri Nəzrin Əsgərovaya təqdim edilib);

Prodüser Sevinc Əliyeva – Azərbaycan kinosunda uğurlu prodüser fəaliyyətinə görə;

“Oyuq” və “Küllücə” teatr-studiyalarının, “Oyun” müstəqil inklüziv teatrının rəhbəri, “Çamodanlar” bədii tammetrajlı, “Qırxdan sonra” bədii qısametrajlı filmlərin rejissoru Səidə Haqverdiyeva – Azərbaycan kinosunda uğurlu rejissorluq fəaliyyətinə görə; Kinotənqidçi, Azərbaycan Kino Tənqidçiləri və Kinoşünasları Gildiyasının sədr müavini, Kinoyazar.az saytının baş redaktoru Aygün Aslanlı – Azərbaycan kinosunda uğurlu kinotənqidçi fəaliyyətinə görə.

Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilati dəstəyilə təsis edilən “İzzət” kino mükafatı nəinki Azərbaycanda, bütün Qafqaz, post-sovet və türk ölkələrində ilk təşəbbüsdür. Mükafatın beynəlxalq arenada peşəkar kinematoqrafçılara da təqdim olunması üçün artıq Qazaxıstan və Qırğızıstandan əməkdaşlıq təklifləri gəlib. Layihə yaxın gələcəkdə beynəlxalq arenaya çıxmağı, qaliblərə verilən pul mükafatı fondunu artırmağı qarşısına məqsəd qoyub. Layihə gələcəkdə Azərbaycan kinosunun qadın seqmentinin inkişafına töhfə vermiş kişi kinematoqrafçıları da mükafatlandırmağı nəzərdə tutur.

“İzzət” kino mükafatlarının təqdimetmə mərasimində fəxri qonaq qismində İzzət Orucovanın yaxın qohumları da iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

ABŞ səfirliyi və Dövlət Departamenti nümayəndələri BAAU-da - FOTOLAR28.01.2026 - 14:48
Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir - FOTO28.01.2026 - 14:36
Psixoloqlar müsahibəyə cəlb olunacaq28.01.2026 - 13:30
AzMİU beynəlxalq reytinqlərdə mövqeyini gücləndirib - FOTO28.01.2026 - 13:18
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesinin nəticələri açıqlanıb28.01.2026 - 13:06
Ötən il dövlət büdcəsindən təhsilə 4,6 milyard manatdan çox vəsait ayrılıb28.01.2026 - 12:59
2025-ci ildə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 iddia qaldırılıb28.01.2026 - 12:38
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı olub - FOTO28.01.2026 - 12:25
Peşə təmayüllü siniflərdə hansı ixtisaslara tələbat yüksəkdir?28.01.2026 - 12:12
BMU “QS Avropa 2026” reytinqində 96 pillə irəliləyib - FOTO28.01.2026 - 11:54
Azərbaycanda 15 universitet reytinqdə yüksəlib28.01.2026 - 11:42
Magistratura imtahanının nəticələri elan olundu 28.01.2026 - 11:30
BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb - FOTO28.01.2026 - 11:20
UNEC “QS Avropa 2026” reytinqində Cənubi Qafqaz və Azərbaycanda birinci olub28.01.2026 - 11:07
“QS Avropa” reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə yüksəlib28.01.2026 - 10:57
BDU “QS Avropa 2026” reytinqində mövqeyini gücləndirib28.01.2026 - 10:40
BDU İndoneziyanın Multimedia Nusantara Universiteti ilə əməkdaşlığa başlayır28.01.2026 - 10:30
“Azərbaycan dilinin tarixi” kitabı işıq üzü görüb28.01.2026 - 10:20
Aqrar İnnovasiya Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyət imkanları müzakirə olunub28.01.2026 - 10:10
İraq-Türkman ədəbiyyatına dair yeni kitab nəşr olunub28.01.2026 - 09:56
BDU-da “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib - FOTO28.01.2026 - 09:43
UNEC Qafqazda yenə 1-ci oldu - FOTO28.01.2026 - 09:35
Azərbaycanda bu qədər uşaq baxçaya gedir - RƏSMI28.01.2026 - 09:23
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
Uşaqların sosial şəbəkəyə sərbəst girişi qadağan oluna bilər 28.01.2026 - 08:55
Nazir müavini: "Ailə institunun özünün yaşaması təhlükə altındadır"28.01.2026 - 08:43
Sabah hava necə olacaq? 28.01.2026 - 08:31
Uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək28.01.2026 - 08:20
BANM tələbəsi beynəlxalq hakatonda qalib oldu - FOTO28.01.2026 - 08:10
Fransa rəsmilərinə "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadə qadağan ediləcək28.01.2026 - 08:00
Bu il metronun yeni stansiyası açılacaq28.01.2026 - 07:49
Uşaqların reklamlarda istifadəsi qadağan OLUNACAQ28.01.2026 - 07:25
Yetkinlik yaşına çatmayanlarla bağlı istintaq proseslərində psixoloqların iştirakı təmin ediləcək28.01.2026 - 07:12
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan ediləcək28.01.2026 - 07:01
Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır28.01.2026 - 06:47
BSU-da professor Mahirə Hüseynovanın kitabının təqdimatı keçirilib - FOTOLAR28.01.2026 - 06:35
Şirvanda şahmat turnirinə start verilib - FOTO28.01.2026 - 06:22
Məşhur müğənni infarkt keçirdi - FOTO28.01.2026 - 06:10
“Söhbətchill” layihəsinin növbəti görüşü baş tutub - FOTO28.01.2026 - 05:57
İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir28.01.2026 - 05:45
Yaponiya şirkətindən inqilabi addım: Süni intellekti rəsmi olaraq işə götürür28.01.2026 - 05:34
Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub - FOTO28.01.2026 - 05:21
“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir28.01.2026 - 05:11
Bu gün hava necə olacaq? 28.01.2026 - 04:59
ADU müəllimləri Psixologiya Elmi-Tədqiqat İnstitutunun ixtisasartırma təlimində iştirak ediblər 27.01.2026 - 15:21
ADU-da EKİXM-in 2021–2025-ci illəri əhatə edən illik hesabatı təqdim olunub - FOTO27.01.2026 - 15:04