Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İraq-Türkman ədəbiyyatına dair yeni kitab nəşr olunub.
Bu barədə “Tehsil365"ə Ədəbiyyat İnstitutundan məlumat verilib.
Bildirilib ki, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin müəllifi olduqları “İraq-Türkman ədəbiyyatı tarixi” monoqrafiyasında İraqda yaşayan soydaşlarımızın yaradıcılığı ilk dəfə mərhələlərə bölünüb, inkişaf istiqamətləri müəyyən edilib.
Bundan əlavə, “İraq-Türkman ədəbiyyatı tarixi”ndə türkmanların yazılı ədəbiyyatı ilə yanaşı, şifahi xalq ədəbiyyatı da öz əksini tapıb, əsər Azərbaycan ədəbiyyat tarixçiliyi prinsiplərinə uyğun şəkildə yazılıb. Kitaba yazılmış “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktorları Mustafa Ziya, Şəmsəddin Kuzəçi, rəyçilər isə professorlar Məhərrəm Qasımlı, Məmməd Əliyev, Nizami Tağısoy və filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyevadır.

