Təhsil 365 - Logo Mobile

Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır

7328.01.2026 - 17:36
Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Süni İntellekt İnstitutu yaradılır.

“Tehsil365" xəbər verir ki, bununla bağlı qərar 28 yanvar tarixində Universitetin Elmi Şurasının iclasında qəbul edilib.

Yeni institutun yaradılması Azərbaycan Respublikasında süni intellektin inkişafına dair milli prioritetlərə, eləcə də 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına elmi dəstəyin təmin edilməsi məqsədi daşıyır. İnstitut milli təhlükəsizliyin və texnoloji suverenliyin möhkəmləndirilməsinə, insan kapitalının qorunmasına, dövlət idarəetməsində səmərəliliyin artırılmasına, həmçinin iqtisadi və sənaye inkişafına töhfə verməyi hədəfləyir.

Süni İntellekt İnstitutu ölkədə bu sahə üzrə fundamental və tətbiqi elmi tədqiqatların sistemli şəkildə aparılmasını təmin etməklə yanaşı, akademiya–sənaye əməkdaşlığının gücləndirilməsini də əsas məqsədlərdən biri kimi müəyyənləşdirir.

İnstitut ADNSU-nun nəzdində fəaliyyət göstərən, fundamental və tətbiqi tədqiqatları birləşdirən elmi mərkəz kimi formalaşdırılıb. Burada süni intellekt üzrə milli prioritet istiqamətlərdə davamlı və strukturlaşdırılmış tədqiqat mühiti yaradılacaq, real sənaye və dövlət problemlərinin elmi əsaslarla həlli üçün effektiv mexanizmlər qurulacaq.

Süni İntellekt İnstitutunun əsas tədqiqat istiqamətlərinə kompüter görməsi və robototexnika, təbii dil emalı (xüsusilə Azərbaycan dili üçün böyük dil modellərinin hazırlanması), təhlükəsiz və məsuliyyətli süni intellekt sistemləri, təkamül hesablamaları və statistik öyrənmə sahələri daxildir. Bu istiqamətlər üzrə sənaye, kənd təsərrüfatı, nəqliyyat, istehsalat və digər sahələr üçün tətbiqi həllərin və prototiplərin hazırlanması nəzərdə tutulur.

İnstitut çərçivəsində akademik və sənaye tərəfdaşları ilə birgə layihələrin icrası, elmi nəticələrin real sistemlərə tətbiqi, həmçinin süni intellekt texnologiyalarının etik, hüquqi və təhlükəsizlik aspektləri baxımından qiymətləndirilməsi həyata keçiriləcək. ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutu ölkədə süni intellekt ekosisteminin inkişafında mühüm elmi platforma kimi çıxış edərək, Azərbaycanın bu sahədə regional və beynəlxalq mövqeyinin gücləndirilməsinə töhfə verəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Bu gün hava necə olacaq? 29.01.2026 - 04:59
ADPU “QS Avropa 2026” dünya universitetləri reytinqində yer alıb - FOTO28.01.2026 - 19:07
SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-nın alimləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb28.01.2026 - 18:50
Xaqani Şirvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM28.01.2026 - 15:10
Bakıda ibtidai sinif müəllimi vəfat etdi - FOTO28.01.2026 - 14:55
ABŞ səfirliyi və Dövlət Departamenti nümayəndələri BAAU-da - FOTOLAR28.01.2026 - 14:48
Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir - FOTO28.01.2026 - 14:36
Psixoloqlar müsahibəyə cəlb olunacaq28.01.2026 - 13:30
AzMİU beynəlxalq reytinqlərdə mövqeyini gücləndirib - FOTO28.01.2026 - 13:18
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesinin nəticələri açıqlanıb28.01.2026 - 13:06
Ötən il dövlət büdcəsindən təhsilə 4,6 milyard manatdan çox vəsait ayrılıb28.01.2026 - 12:59
2025-ci ildə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 iddia qaldırılıb28.01.2026 - 12:38
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı olub - FOTO28.01.2026 - 12:25
Peşə təmayüllü siniflərdə hansı ixtisaslara tələbat yüksəkdir?28.01.2026 - 12:12
BMU “QS Avropa 2026” reytinqində 96 pillə irəliləyib - FOTO28.01.2026 - 11:54
Azərbaycanda 15 universitet reytinqdə yüksəlib28.01.2026 - 11:42
Magistratura imtahanının nəticələri elan olundu 28.01.2026 - 11:30
BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb - FOTO28.01.2026 - 11:20
UNEC “QS Avropa 2026” reytinqində Cənubi Qafqaz və Azərbaycanda birinci olub28.01.2026 - 11:07
“QS Avropa” reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə yüksəlib28.01.2026 - 10:57
BDU “QS Avropa 2026” reytinqində mövqeyini gücləndirib28.01.2026 - 10:40
BDU İndoneziyanın Multimedia Nusantara Universiteti ilə əməkdaşlığa başlayır28.01.2026 - 10:30
“Azərbaycan dilinin tarixi” kitabı işıq üzü görüb28.01.2026 - 10:20
Aqrar İnnovasiya Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyət imkanları müzakirə olunub28.01.2026 - 10:10
İraq-Türkman ədəbiyyatına dair yeni kitab nəşr olunub28.01.2026 - 09:56
BDU-da “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib - FOTO28.01.2026 - 09:43
UNEC Qafqazda yenə 1-ci oldu - FOTO28.01.2026 - 09:35
Azərbaycanda bu qədər uşaq baxçaya gedir - RƏSMI28.01.2026 - 09:23
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
Uşaqların sosial şəbəkəyə sərbəst girişi qadağan oluna bilər 28.01.2026 - 08:55
Nazir müavini: "Ailə institunun özünün yaşaması təhlükə altındadır"28.01.2026 - 08:43
Sabah hava necə olacaq? 28.01.2026 - 08:31
Uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək28.01.2026 - 08:20
BANM tələbəsi beynəlxalq hakatonda qalib oldu - FOTO28.01.2026 - 08:10
Fransa rəsmilərinə "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadə qadağan ediləcək28.01.2026 - 08:00
Bu il metronun yeni stansiyası açılacaq28.01.2026 - 07:49
“İzzət” kino mükafatının təqdimatı olub - FOTO28.01.2026 - 07:37
Uşaqların reklamlarda istifadəsi qadağan OLUNACAQ28.01.2026 - 07:25
Yetkinlik yaşına çatmayanlarla bağlı istintaq proseslərində psixoloqların iştirakı təmin ediləcək28.01.2026 - 07:12
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan ediləcək28.01.2026 - 07:01
Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır28.01.2026 - 06:47
BSU-da professor Mahirə Hüseynovanın kitabının təqdimatı keçirilib - FOTOLAR28.01.2026 - 06:35
Şirvanda şahmat turnirinə start verilib - FOTO28.01.2026 - 06:22
Məşhur müğənni infarkt keçirdi - FOTO28.01.2026 - 06:10
“Söhbətchill” layihəsinin növbəti görüşü baş tutub - FOTO28.01.2026 - 05:57
İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir28.01.2026 - 05:45