Təhsil 365 - Logo Mobile

ADPU “QS Avropa 2026” dünya universitetləri reytinqində yer alıb - FOTO

8928.01.2026 - 19:07
ADPU “QS Avropa 2026” dünya universitetləri reytinqində yer alıb - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə olaraq “QS Avropa 2026” dünya universitetləri reytinqində yer alıb. Universitet sözügedən reytinqdə 601-650-ci yerlər intervalında qərarlaşıb. “QS Avropa” reytinqi universitetlərin akademik reputasiyası, elmi-tədqiqat fəaliyyəti, tədris resursları, beynəlxalq göstəriciləri, tələbə və müəllim mobilliyi, eləcə də sosial və ekoloji təsirləri üzrə məlumatlara əsaslanır. Reytinq nəticələri Avropa üzrə ali təhsil müəssisələrinin mövcud göstəricilərinin müqayisəli təqdimatı xarakteri daşıyır.

Bu barədə “Tehsil365"ə ADPU-dan məlumat verilib.

Qeyd edilən reytinqdə Avropanın 42 ölkəsindən, ümumilikdə, 958 ali təhsil müəssisəsi qiymətləndirməyə cəlb olunub. Reytinq Avropa üzrə universitetləri müqayisəli şəkildə təhlil edən regional beynəlxalq mexanizmidir. QS metodologiyasına əsasən universitetlər 12 göstərici üzrə qiymətləndirilır. Bu meyarlara akademik reputasiya, işəgötürənlər arasında reputasiya, məzunların məşğulluq nəticələri, fakültə-tələbə nisbəti, fakültə üzrə elmi məqalələr, hər məqaləyə düşən istinadlar, beynəlxalq tədqiqat şəbəkəsi, beynəlxalq müəllim nisbəti, beynəlxalq tələbə müxtəlifliyi, daxil olan və xaricə gedən mübadilə tələbələri, eləcə də davamlılıq göstəricisi daxildir. Qiymətləndirmədə Azərbaycandan ADPU-da daxil olmaqla, 15 ali təhsil müəssisəsi iştirak edib.

Pedaqoji Universitet Azərbaycan universitetləri arasında fakültə üzrə elmi məqalələrin sayına görə 1-ci, hər məqaləyə düşən istinadlar üzrə 2-ci, beynəlxalq tədqiqat şəbəkəsi üzrə 2-ci, fakültə-tələbə nisbəti üzrə 2-ci, məzunların məşğulluq nəticələri üzrə 4-cü yerdə qərarlaşıb. Daxil olan mübadilə tələbələri göstəricisi üzrə ADPU 1-ci, xaricə gedən mübadilə tələbələri göstəricisi üzrə isə 12-ci yerdə qərarlaşıb. Universitet akademik reputasiya göstəricisi üzrə 9-cu, işəgötürənlər arasında reputasiya üzrə 6-cı, beynəlxalq müəllim nisbəti üzrə 9-cu, beynəlxalq tələbə müxtəlifliyi üzrə 6-cı, davamlılıq göstəricisi üzrə isə 6-cı yeri tutub.

Bunlarla yanaşı, reytinqdə Pedaqoji Universitet Avropa üzrə fakültə-tələbə nisbətinə görə 57-ci, akademik nüfuz və işəgötürən nüfuzu üzrə 301-dən yuxarı, məşğulluq nəticələrinə görə isə 380-ci yerdə qərarlaşıb.

Aydan Ələkbərova

Xəbər Lenti

SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-nın alimləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb28.01.2026 - 18:50
Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır28.01.2026 - 17:36
Xaqani Şirvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM28.01.2026 - 15:10
Bakıda ibtidai sinif müəllimi vəfat etdi - FOTO28.01.2026 - 14:55
ABŞ səfirliyi və Dövlət Departamenti nümayəndələri BAAU-da - FOTOLAR28.01.2026 - 14:48
Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir - FOTO28.01.2026 - 14:36
Psixoloqlar müsahibəyə cəlb olunacaq28.01.2026 - 13:30
AzMİU beynəlxalq reytinqlərdə mövqeyini gücləndirib - FOTO28.01.2026 - 13:18
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesinin nəticələri açıqlanıb28.01.2026 - 13:06
Ötən il dövlət büdcəsindən təhsilə 4,6 milyard manatdan çox vəsait ayrılıb28.01.2026 - 12:59
2025-ci ildə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 iddia qaldırılıb28.01.2026 - 12:38
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı olub - FOTO28.01.2026 - 12:25
Peşə təmayüllü siniflərdə hansı ixtisaslara tələbat yüksəkdir?28.01.2026 - 12:12
BMU “QS Avropa 2026” reytinqində 96 pillə irəliləyib - FOTO28.01.2026 - 11:54
Azərbaycanda 15 universitet reytinqdə yüksəlib28.01.2026 - 11:42
Magistratura imtahanının nəticələri elan olundu 28.01.2026 - 11:30
BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb - FOTO28.01.2026 - 11:20
UNEC “QS Avropa 2026” reytinqində Cənubi Qafqaz və Azərbaycanda birinci olub28.01.2026 - 11:07
“QS Avropa” reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə yüksəlib28.01.2026 - 10:57
BDU “QS Avropa 2026” reytinqində mövqeyini gücləndirib28.01.2026 - 10:40
BDU İndoneziyanın Multimedia Nusantara Universiteti ilə əməkdaşlığa başlayır28.01.2026 - 10:30
“Azərbaycan dilinin tarixi” kitabı işıq üzü görüb28.01.2026 - 10:20
Aqrar İnnovasiya Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyət imkanları müzakirə olunub28.01.2026 - 10:10
İraq-Türkman ədəbiyyatına dair yeni kitab nəşr olunub28.01.2026 - 09:56
BDU-da “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib - FOTO28.01.2026 - 09:43
UNEC Qafqazda yenə 1-ci oldu - FOTO28.01.2026 - 09:35
Azərbaycanda bu qədər uşaq baxçaya gedir - RƏSMI28.01.2026 - 09:23
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
ADNSU-da şagirdlər üçün “Mühəndislik düşərgəsi” keçirilir - FOTO28.01.2026 - 09:11
Uşaqların sosial şəbəkəyə sərbəst girişi qadağan oluna bilər 28.01.2026 - 08:55
Nazir müavini: "Ailə institunun özünün yaşaması təhlükə altındadır"28.01.2026 - 08:43
Sabah hava necə olacaq? 28.01.2026 - 08:31
Uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək28.01.2026 - 08:20
BANM tələbəsi beynəlxalq hakatonda qalib oldu - FOTO28.01.2026 - 08:10
Fransa rəsmilərinə "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadə qadağan ediləcək28.01.2026 - 08:00
Bu il metronun yeni stansiyası açılacaq28.01.2026 - 07:49
“İzzət” kino mükafatının təqdimatı olub - FOTO28.01.2026 - 07:37
Uşaqların reklamlarda istifadəsi qadağan OLUNACAQ28.01.2026 - 07:25
Yetkinlik yaşına çatmayanlarla bağlı istintaq proseslərində psixoloqların iştirakı təmin ediləcək28.01.2026 - 07:12
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan ediləcək28.01.2026 - 07:01
Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır28.01.2026 - 06:47
BSU-da professor Mahirə Hüseynovanın kitabının təqdimatı keçirilib - FOTOLAR28.01.2026 - 06:35
Şirvanda şahmat turnirinə start verilib - FOTO28.01.2026 - 06:22
Məşhur müğənni infarkt keçirdi - FOTO28.01.2026 - 06:10
“Söhbətchill” layihəsinin növbəti görüşü baş tutub - FOTO28.01.2026 - 05:57
İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir28.01.2026 - 05:45
Yaponiya şirkətindən inqilabi addım: Süni intellekti rəsmi olaraq işə götürür28.01.2026 - 05:34