Azərbaycan Dillər Universiteti PHŞ Şərq ölkələri üzrə regionşünaslıq kafedrası tam ştat laborant vəzifəsinə işçi axtarır.
"Tehsil365" həmin elanı təqdim edir:
Əsas tələblər:
Ali təhsil (kafedranın profilinə uyğun)
Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
Komandada işləmə bacarığı
Məsuliyyətlilik, intizamlılıq, dəqiqlik və nəticəyönümlülük
Dil bilikləri (kafedranın profilinə uyğun)
Vəzifə və öhdəliklər:
Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak etmək
Tədris məşğələləri zamanı fənn müəlliminə kömək göstərmək
Dərs qrafiklərinin tənzimlənməsi
İxtisas üzrə biliklərini genişləndirmək və araşdırmalara cəlb olunmaq
Kafedranın sənədlərini hazırlamaq və məlumatları aidiyyəti strukturlara çatdırmaq
Dərs cədvəli və dərs yükünün hesablanması
Tələbələrlə davranış normaları, elmi-metodiki göstərişlərin tətbiqi
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına əməl etmək
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasına əsasən işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Müraciətlər yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılmaq şərti ilə nəzərdən keçiriləcək. CV-lərinizi 04 fevral 2026-cı il saat 18:00-dək [email protected] ünvanına göndərə bilərsiniz.

