21 yanvar 2026-cı il tarixində Azərbaycan Dillər Universiteti (ADU) ilə Meksika səfirliyinin vasitəçiliyi ilə Meksikanın Dillər, Dilçilik və Tərcümə üzrə Milli Universiteti arasında Zoom platforması üzərindən onlayn görüş təşkil edilib.
"Tehsil365" xəbər verir ki, görüşdə ADU-nu Beynəlxalq şöbənin müdiri Zeynal Cəfərov və mütəxəssis Aidə Quluzadə, Meksika tərəfini isə Missiya rəhbərliyinin sədri İvan Garcia və müvafiq universitetin nümayəndələri təmsil ediblər.
Müzakirələr zamanı tələbə və müəllim mübadiləsi, Meksikada Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması, Anlaşma Memorandumunun (MOU) imzalanması və akademik materialların mübadiləsi məsələləri diqqət mərkəzində olub.
Görüşün sonunda tərəflər əməkdaşlığın genişləndirilməsi və növbəti mərhələdə konkret addımların atılması barədə razılığa gəliblər.

