Təhsil 365 - Logo Mobile

Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür

9129.01.2026 - 08:19
Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür

Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ülvi hisslər aşılayanda ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu olan bu gözəl qız səhnədə yaratdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı...

“Tehsil365" xatırladır ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 99-ci ildönümü tamam olur.

Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.

Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharətlə oynadığı Gülyanaq insanlara həyatsevərlik, paklıq aşılayırdı. A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Ə.Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.

Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir - FOTO29.01.2026 - 12:25
Yanvarın 31-də TOEFL iBT imtahanı keçiriləcək29.01.2026 - 12:14
BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib - FOTO29.01.2026 - 12:03
Gənclər və İdman Nazirliyi LDU-ya velosipedlər hədiyyə edib - FOTO29.01.2026 - 11:50
Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb - FOTO29.01.2026 - 11:40
BMU-nun ikili diplom proqramının tələbələri Çinlə bağlı təəssüratlarını bölüşüblər - FOTO29.01.2026 - 11:30
Məktəb direktoru şagirdi döyüb? - AÇIQLAMA29.01.2026 - 11:20
Bu gün Ədalət Muradovun doğum günüdür29.01.2026 - 11:10
ADU-da Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri ilə görüş keçirilib - FOTO29.01.2026 - 10:52
Azərbaycan Dillər Universitetində vakansiya29.01.2026 - 10:40
Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılacaq29.01.2026 - 10:29
İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib29.01.2026 - 10:18
ADNSU beynəlxalq reytinqdə irəliləyib - FOTO29.01.2026 - 10:09
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
Bu gün Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin anım günüdür29.01.2026 - 09:40
Naxçıvanda Konstitusiya və Suverenlik irsinə həsr olunmuş kitab nəşr edilib29.01.2026 - 09:30
Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib - FOTO29.01.2026 - 09:09
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun anım günüdür29.01.2026 - 08:53
Bu gün xalq artisti İslam Rzayevin anım günüdür29.01.2026 - 08:41
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib - FOTO29.01.2026 - 08:30
Milli Kitabxanada Koha AKİS üzrə onlayn təlimlər davam edir29.01.2026 - 08:10
AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO29.01.2026 - 08:00
AzMİU-da “Süni intellekt” ixtisası tədris olunacaq29.01.2026 - 07:48
ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026”da 349-cu yerdə qərarlaşıb29.01.2026 - 07:37
Dövlət İdarəçilik Akademiyası və RİİB arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO29.01.2026 - 07:25
DSX-yə qəbul başlayır29.01.2026 - 07:14
ADU ilə Meksikanın Milli Universiteti arasında onlayn görüş keçirilib29.01.2026 - 07:02
Bu gün Azərbaycan kapitanı Şamil Babayevin doğum günüdür29.01.2026 - 06:50
Bu gün Azərbaycan bəstəkarı Musa Mirzəyevin doğum günüdür29.01.2026 - 06:40
Azərbaycan Dillər Universiteti PHŞ Şərq ölkələri üzrə regionşünaslıq kafedrasında vakansiya29.01.2026 - 06:30
İndoneziya hökumətinin KNB təqaüd proqramına sənəd qəbulu başladı29.01.2026 - 06:20
Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür29.01.2026 - 06:10
Bu gün Firidun bəy Köçərlinin doğum günüdür29.01.2026 - 05:59
Bu imtahanlara qeydiyyat başa ÇATIR29.01.2026 - 05:47
AzMİU-da WUF13 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO29.01.2026 - 05:35
5 yaşlı qız qıcolmadan ölüb29.01.2026 - 05:21
Azərbaycan Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş - FOTOLAR29.01.2026 - 05:11
Bu gün hava necə olacaq? 29.01.2026 - 04:59
ADPU “QS Avropa 2026” dünya universitetləri reytinqində yer alıb - FOTO28.01.2026 - 19:07
SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-nın alimləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb28.01.2026 - 18:50
Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır28.01.2026 - 17:36
Xaqani Şirvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM28.01.2026 - 15:10
Bakıda ibtidai sinif müəllimi vəfat etdi - FOTO28.01.2026 - 14:55
ABŞ səfirliyi və Dövlət Departamenti nümayəndələri BAAU-da - FOTOLAR28.01.2026 - 14:48
Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir - FOTO28.01.2026 - 14:36
Psixoloqlar müsahibəyə cəlb olunacaq28.01.2026 - 13:30