Təhsil 365 - Logo Mobile

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun anım günüdür

8729.01.2026 - 08:53
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədovun anım günüdür.

“Tehsil365”in məlumatına görə, Riad Əhmədov 1956-cı il dekabrın 20-də Bakı şəhərində anadan olub. Onun ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda dünyaya gəlmişdir. Riad Əhmədov ali təhsilini 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

Əmək fəaliyyətinə hələ tələbəlik illərində başlayan Riad Əhmədov 1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant kimi çalışıb. Daha sonra 1979–1980-ci illərdə Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində fəaliyyət göstərib.

1981-ci ildən təhlükəsizlik orqanlarında xidmətə başlayan Riad Əhmədov 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində, 1984-cü ildə isə Y. V. Andropov adına institut nəzdindəki kurslarda təhsil alaraq peşəkar kadr kimi formalaşıb.

Vətənimizin ən ağır günlərində ön cəbhədə olan Riad Əhmədov 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilib. Onun rəhbərlik etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə birlikdə Daşaltı kəndi uğrunda gedən döyüşlərdə yaralanaraq itkin düşmüşdür. Uzun illər onun taleyi naməlum qalmışdır. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən beynəlxalq konfransda Riad Əhmədovun və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və şəxsiyyətinin müəyyən edildiyi açıqlanmışdır.

30 sentyabr 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Riad Əhmədovla vida mərasimi keçirilmiş, daha sonra o, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Qeyd edək ki, Riad Əhmədov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuş Fikrət Əhmədovun oğludur. Bacısı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədova, həyat yoldaşı Elmira xanım isə Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacısıdır.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Əli Ələkbərov

Xəbər Lenti

Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib18.03.2026 - 17:10
Şagirdlərin Novruz ənənələrinə bağlılığı 225 nömrəli məktəbdəki şənlikdə bir daha əks olunub18.03.2026 - 17:08
RFO-da rəqabət güclənir: liderlik riyaziyyat və informatika üzrədir18.03.2026 - 17:05
Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir18.03.2026 - 17:04
“Parla” təqaüd proqramına yeni qoşulan tələbə qızlarla görüş keçirilib18.03.2026 - 17:00
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır18.03.2026 - 16:55
Keçmişdən gələcəyə uzanan dəyərlər – Məktəblilər peşəkar səhnədə18.03.2026 - 16:50
"Uşaqlarda diqqət və sosyallaşma baxımından onlayn və üz-üzə təhsil fərqlənir" - Psixoloq Aygül Məlikova18.03.2026 - 15:39
Tailandda təqaüdlə təhsil imkanı18.03.2026 - 15:00
Geomaqnit hava proqnozu açıqlanıb18.03.2026 - 14:46
Budapeştdə Novruz bayramı münasibətilə xeyriyyə yarmarkası təşkil edilib18.03.2026 - 14:36
Möminə xatun türbəsi: Dövlət siyasətinin mədəni irsin qorunmasına növbəti töhfəsi18.03.2026 - 14:25
Görkəmli şair Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb18.03.2026 - 14:05
Gənclər Kitabxanasından Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə18.03.2026 - 13:56
Televiziya aparıcıları tərəfindən xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunur18.03.2026 - 13:46
Novruz - Türk dünyasının birlik və qardaşlıq bayramıdır .18.03.2026 - 13:31
Azərbaycan cüdoçusu: Varşavadakı gümüş medalımı qızıl kimi dəyərləndirirəm18.03.2026 - 13:21
Latviyada Novruz bayramı qeyd olunub18.03.2026 - 13:12
Fəlsəfə doktoru: Novruz bəşəriyyətin ən qədim mərasimlərindən biri hesab olunur18.03.2026 - 13:01
Mart soyqırımı ilə bağlı faktların araşdırılması və arxiv sənədlərinin üzə çıxarılması bu gün də aktualdır18.03.2026 - 12:51
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir18.03.2026 - 12:41
Azərbaycanın elmi və mədəni irsi Londonda təqdim olunub18.03.2026 - 12:31
AzTU-da yeni akademik idarəetmə modeli tətbiq edilib18.03.2026 - 12:21
Söz səfərinin sarvanları” - XX əsr Azərbaycan ədəbiyyatına yeni baxış18.03.2026 - 12:10
5 incəsənət məktəbi istifadəyə veriləcək18.03.2026 - 10:33
Nazirlik: Bu il 8 min müəllimin attestasiyası keçirilir18.03.2026 - 10:21
Xəzər dənizində zəlzələ olub18.03.2026 - 10:10
"Düzgün hazırlıq imtahan stressini minimuma endirir” - AÇIQLAMA18.03.2026 - 09:56
“Məktəbdə şeir öyrənmək uşaqların inkişafına necə təsir edir?” - MÜSAHİBƏ18.03.2026 - 09:45
Uşaqlarda stres ömürlük həzm problemlərinə səbəb ola bilər18.03.2026 - 09:35
5-ci siniflər üçün minlərlə dərslik çap olunacaq - FƏNLƏR18.03.2026 - 09:27
Nazir Aqrar Biznes Festivalında iştirak edib18.03.2026 - 09:20
Azərbaycan diasporunun İzmirdəki nümayəndələri Torpaq çərşənbəsini birlikdə qeyd ediblər18.03.2026 - 09:12
Laçında Novruz yarmarkası açılıb18.03.2026 - 09:06
“Həddindən artıq düşünmək psixoloji yorğunluğa səbəb olur” - Aysel Məmmədova 18.03.2026 - 09:00
Tacikistanda Novruz bayramı münasibətilə mədəni tədbirlər keçiriləcək18.03.2026 - 08:55
BDU-da “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramı başa çatıb18.03.2026 - 08:48
DİM TKT imtahanına qeydiyyat elan edir18.03.2026 - 08:40
“Triqonometriya qorxusu: abituriyentləri çətinliyə salan əsas səbəblər”18.03.2026 - 08:30
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir18.03.2026 - 08:23
İnterpol: Süni intellektlə işləyən fırıldaqçılar daha çox qazanırlar18.03.2026 - 08:14
Parisdə Novruz bayramı münasibəti ilə xalça sərgisi açılıb18.03.2026 - 08:05
Meteorit partlayışı ABŞ-nin üç ştatında sakinləri qorxudub18.03.2026 - 07:57
Odlar Yurdu Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib18.03.2026 - 07:50
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək”18.03.2026 - 07:41
“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb18.03.2026 - 07:31
BDU-nun "Tələbə evi"ndə İlaxır çərşənbə qeyd olunub18.03.2026 - 07:21
Strasburq Universitetinin prezidenti ADNSU və UFAZ-ı yüksək qiymətləndirib18.03.2026 - 07:09