Təhsil 365 - Logo Mobile

Naxçıvanda Konstitusiya və Suverenlik irsinə həsr olunmuş kitab nəşr edilib

8929.01.2026 - 09:30
Naxçıvanda Konstitusiya və Suverenlik irsinə həsr olunmuş kitab nəşr edilib

Naxçıvanda "Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış" adlı kitab nəşr edilib.

“Tehsil365" xəbər verir ki, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi olduğu kitabın müəllifi Ali Məclisin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevdir.

2025-ci il üçün elan olunan Konstitusiya və Suverenlik ilinə həsr edilən kitabın elmi redaktoru Milli Məclisin sədrinin müavini, professor Ziyafət Əsgərov, ön sözün müəllifi Milli Məclisi sədrinin müavini Musa Qasımlı, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadədir.

Kitabda müəllif xalqın milli ruhunun gücündən yaranmış konstitusiya, suverenlik və siyasi sistem quruculuğu salnaməsindən bəhs edir. Həmçinin, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının real nəticələri olaraq, respublikada son 30 ildən artıq dövrdə həyata keçirilən düzgün iqtisadi-sosial, siyasi, hüquqi, xarici siyasətin təntənəsindən söhbət açılır. Müəllif Azərbaycanın çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olan İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçiliyinin şərəfli mərhələsinin konseptual elmi və tarixi şərhini verir.

Kitab ön söz, giriş, üç fəsil və nəticədən ibarətdir.

"Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların, strateji hədəflərin hüquqi tənzimlənməsi", "Suverenlik: Azərbaycanın bütövlük təsdiqi" və "Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın və milli birliyin etibarlı təməli" adlı üç fəsildə milli dövlətçilik ənənələrinin Konstitusiya anlayışından, Azərbaycan Xalq Cümhuriyyətində hüquqi dövlət quruculuğundan, Naxçıvandan başlanan hüquqi dövlətçilik yolundan, Prezident İlham Əliyevin suverenlik prioritetlərindən, yeni tarixi mərhələdə yeni siyasi konfiqurasiya, Heydər Əliyev siyasi arxitekturası, siyasi sistemin möhkəmlənməsi, tarixi ədalətin bərpası və IV Sənaye İnqilabı Dövrünün siyasi konsepsiyası və çağırışları kimi aktual mövzuları geniş araşdırır, bu tarixi-siyasi prosesin ilkin nəticələri barədə rəy bildirir.

"Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış" kitabı elm və təhsil ictimaiyyəti, tədqiqatçılar, politoloqlar, xüsusən də gənc nəsil üçün dəyərli vəsaitdir.

Aydan Ələkbərova

Xəbər Lenti

İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir - FOTO29.01.2026 - 12:25
Yanvarın 31-də TOEFL iBT imtahanı keçiriləcək29.01.2026 - 12:14
BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib - FOTO29.01.2026 - 12:03
Gənclər və İdman Nazirliyi LDU-ya velosipedlər hədiyyə edib - FOTO29.01.2026 - 11:50
Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb - FOTO29.01.2026 - 11:40
BMU-nun ikili diplom proqramının tələbələri Çinlə bağlı təəssüratlarını bölüşüblər - FOTO29.01.2026 - 11:30
Məktəb direktoru şagirdi döyüb? - AÇIQLAMA29.01.2026 - 11:20
Bu gün Ədalət Muradovun doğum günüdür29.01.2026 - 11:10
ADU-da Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri ilə görüş keçirilib - FOTO29.01.2026 - 10:52
Azərbaycan Dillər Universitetində vakansiya29.01.2026 - 10:40
Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılacaq29.01.2026 - 10:29
İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib29.01.2026 - 10:18
ADNSU beynəlxalq reytinqdə irəliləyib - FOTO29.01.2026 - 10:09
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
Bu gün Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin anım günüdür29.01.2026 - 09:40
Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib - FOTO29.01.2026 - 09:09
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun anım günüdür29.01.2026 - 08:53
Bu gün xalq artisti İslam Rzayevin anım günüdür29.01.2026 - 08:41
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib - FOTO29.01.2026 - 08:30
Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür29.01.2026 - 08:19
Milli Kitabxanada Koha AKİS üzrə onlayn təlimlər davam edir29.01.2026 - 08:10
AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO29.01.2026 - 08:00
AzMİU-da “Süni intellekt” ixtisası tədris olunacaq29.01.2026 - 07:48
ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026”da 349-cu yerdə qərarlaşıb29.01.2026 - 07:37
Dövlət İdarəçilik Akademiyası və RİİB arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO29.01.2026 - 07:25
DSX-yə qəbul başlayır29.01.2026 - 07:14
ADU ilə Meksikanın Milli Universiteti arasında onlayn görüş keçirilib29.01.2026 - 07:02
Bu gün Azərbaycan kapitanı Şamil Babayevin doğum günüdür29.01.2026 - 06:50
Bu gün Azərbaycan bəstəkarı Musa Mirzəyevin doğum günüdür29.01.2026 - 06:40
Azərbaycan Dillər Universiteti PHŞ Şərq ölkələri üzrə regionşünaslıq kafedrasında vakansiya29.01.2026 - 06:30
İndoneziya hökumətinin KNB təqaüd proqramına sənəd qəbulu başladı29.01.2026 - 06:20
Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür29.01.2026 - 06:10
Bu gün Firidun bəy Köçərlinin doğum günüdür29.01.2026 - 05:59
Bu imtahanlara qeydiyyat başa ÇATIR29.01.2026 - 05:47
AzMİU-da WUF13 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO29.01.2026 - 05:35
5 yaşlı qız qıcolmadan ölüb29.01.2026 - 05:21
Azərbaycan Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş - FOTOLAR29.01.2026 - 05:11
Bu gün hava necə olacaq? 29.01.2026 - 04:59
ADPU “QS Avropa 2026” dünya universitetləri reytinqində yer alıb - FOTO28.01.2026 - 19:07
SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-nın alimləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb28.01.2026 - 18:50
Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır28.01.2026 - 17:36
Xaqani Şirvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM28.01.2026 - 15:10
Bakıda ibtidai sinif müəllimi vəfat etdi - FOTO28.01.2026 - 14:55
ABŞ səfirliyi və Dövlət Departamenti nümayəndələri BAAU-da - FOTOLAR28.01.2026 - 14:48
Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir - FOTO28.01.2026 - 14:36
Psixoloqlar müsahibəyə cəlb olunacaq28.01.2026 - 13:30