Yanvarın 30-da Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi ilə fəaliyyət göstərən “LèRami” art studiyasının tələbələrinin iştirakı ilə “Aether” adlı qrup sərgisi açılacaq.
“Tehsil365" xəbər verir ki, sərgi tələbələrin yaradıcılıq müxtəlifliyini və sənətə olan fərdi yanaşmalarını nümayiş etdirəcək.
Sərgidə 35 rəssamın 85 əsəri nümayiş olunacaq. Böyüklərlə yanaşı, uşaqlar da sərgidə iştirak edərək öz istedadlarını nümayiş etdirəcəklər.

