Azərbaycan Dillər Universitetində PHŞ İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.
"Tehsil365" həmin elanı təqdim edir:
Əsas tələblər:
Ali təhsil
Tapşırıqları tez yerinə yetirmək bacarığı
Texniki biliklər: əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadanlıqları, periferik qurğular
Komandada işləmə bacarığı
Vəzifə və öhdəliklər:
İstifadəçilərin müraciətlərini icra etmək (Helpdesk portalında işləmə bacarığı)
Kompüter, printer və proyektorları quraşdırmaq
Şəbəkə kabellərini çəkmək və sonlandırmaq
Müxtəlif əməliyyat sistemlərinin yüklənməsi və sazlanması
LAN və WiFi şəbəkələrinin işləməsini təmin etmək
Auditoriyalarda avadanlıqların işlək vəziyyətdə olmasını təmin etmək
Təhsilin Elektron İdarəetmə portalına fasiləsiz girişi təmin etmək
Qeyd:
Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq müəyyən ediləcək. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. CV-lər 04 fevral saat 18:00-dək [email protected] ünvanına göndərilməlidir.

