Təhsil 365 - Logo Mobile

BMU-nun ikili diplom proqramının tələbələri Çinlə bağlı təəssüratlarını bölüşüblər - FOTO

8929.01.2026 - 11:30
BMU-nun ikili diplom proqramının tələbələri Çinlə bağlı təəssüratlarını bölüşüblər - FOTO

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (Beijing University of Chemical Technology-BUCT) arasında həyata keçirilən ikili diplom proqramına uyğun olaraq Çində təhsillərini davam etdirən “Kompüter mühəndisliyi” ixtisasının III kurs tələbələri Murad Mirzəyev, Şəfa Eyvazlı və "Kimya mühəndisliyi" ixtisasının tələbəsi Ləman Məstanova öz təəsüratlarını bölüşüblər.

“Tehsil365" xəbər verir ki, Murad Mirzəyev Çində təhsil almağın onun üçün çox fərqli və maraqlı bir akademik mühit olduğunu söyləyib. Murad BUCT-da universitet mühitinin olduqca nizamlı və tələbəyönümlü olduğunu deyib: “Kampus həyatı, kitabxanalar, laboratoriyalar və ümumilikdə yaradılan şərait insanı həm oxumağa, həm də öz üzərində işləməyə motivasiya edir. Gündəlik həyat da rahatdır - nəqliyyat, təhlükəsizlik və ümumi yaşayış şəraiti yüksək səviyyədə təşkil olunub”. O əlavə edib ki, fərqli mədəniyyətdə yaşamaq insana yeni baxış bucağı qazandırır: “Çin cəmiyyətində intizam və məsuliyyət daha çox ön plandadır və bu, tələbə həyatında da açıq şəkildə hiss olunur. Burada keçirdiyim müddət ərzində həm akademik, həm də şəxsi baxımdan çox şey öyrəndiyimi düşünürəm”.

Ləman Məstanova da Çində dərs prosesindən razılığını ifadə edib. Bildirib ki, müəllimlər mövzuları sadə və aydın şəkildə izah edir, praktiki biliklərə isə böyük önəm verilir: “Laboratoriya dərsləri xüsusilə yaddaqalandır, hər şey sistemli və təhlükəsizlik qaydalarına uyğun təşkil olunub. Bu da öz ixtisasını daha dərindən anlamağa kömək edir. İmtahan sessiyası isə düşündüyümdən daha rahat keçdi. Dərslər boyu verilən tapşırıqlar və izahlar imtahanlara yaxşı hazırlaşmağımıza şərait yaradır. Ümumilikdə, təhsil prosesindən razı qaldım və bu təcrübənin gələcək planlarım üçün böyük töhfə olduğunu düşünürəm”.

Şəfa Eyvazlı isə vurğulayıb ki, universitetdə beynəlxalq tələbələrə, xüsusilə Azərbaycandan olan tələbələrə göstərilən münasibət çox isti və səmimidir: “Müxtəlif ölkələrdən tələbələrlə tanış olmaq, ünsiyyət qurmaq və fərqli mədəniyyətləri yaxından görmək çox dəyərlidir. Bu, insanın dünyagörüşünü genişləndirir. Dərsdən kənar fəaliyyətlər də kifayət qədərdir və kampusda sosial, mədəni tədbirlər tez-tez keçirilir. Bu da təhsillə yanaşı, asudə vaxtın səmərəli keçməsinə kömək edir. Özümü burada tək hiss etmədim və tez uyğunlaşdım”.

Hazırda qış tətili ilə əlaqədar Azərbaycanda olan tələbələr BMU rəhbərliyi ilə də görüşüblər. Görüş zamanı tələbələrin BUCT-da tədris prosesi, semestr üzrə imtahan nəticələri və ümumi akademik vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Tələbələr imtahanlarını uğurla başa vurduqlarını və təhsil prosesindən razı qaldıqlarını bildirib, Çində təhsil və gündəlik həyat şəraitinin yüksək səviyyədə təşkili, universitet mühitinin əlverişli olmasından danışıblar. Təhsillərini uğurla davam etdirmələrində BMU-da aldıqları yüksək bilik və bacarıqların mühüm rol oynadığını önə çəkən tələbələr, həmçinin onlara daim dəstək göstərən universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

BMU ilə BUCT arasında bakalavriat səviyyəsində Kimya, Kompüter, Mexanika mühəndisliyi ixtisaslarına dair ikili diplom proqramının icrasına ötən ildən başlanılıb. Hazırda 12 tələbə proqram çərçivəsində Çində təhsil alır. Bu ilin yanvar ayında isə iki universitet arasında daha 3 ixtisas (Kimya, Biotexnologiya, Biznesin idarəedilməsi) üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb. Müqavilələrə əsasən, I, II kursları uğurla tamamlayan, eləcə də müvafiq prosedurları keçən tələbələr BUCT-da III, IV kurslarda təhsillərini davam etdirməklə iki diplom alacaqlar.

Aydan Ələkbərova

Xəbər Lenti

BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində deputat Samir Vəliyevlə görüş keçirilib - FOTO29.01.2026 - 13:10
BMU alimlərinin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda29.01.2026 - 12:59
Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb - FOTO29.01.2026 - 12:47
BDU-da “workshop”: “CV-dən kənarda qalan bacarıqlar” - FOTO29.01.2026 - 12:36
İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir - FOTO29.01.2026 - 12:25
Yanvarın 31-də TOEFL iBT imtahanı keçiriləcək29.01.2026 - 12:14
BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib - FOTO29.01.2026 - 12:03
Gənclər və İdman Nazirliyi LDU-ya velosipedlər hədiyyə edib - FOTO29.01.2026 - 11:50
Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb - FOTO29.01.2026 - 11:40
Məktəb direktoru şagirdi döyüb? - AÇIQLAMA29.01.2026 - 11:20
Bu gün Ədalət Muradovun doğum günüdür29.01.2026 - 11:10
ADU-da Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri ilə görüş keçirilib - FOTO29.01.2026 - 10:52
Azərbaycan Dillər Universitetində vakansiya29.01.2026 - 10:40
Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılacaq29.01.2026 - 10:29
İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib29.01.2026 - 10:18
ADNSU beynəlxalq reytinqdə irəliləyib - FOTO29.01.2026 - 10:09
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
Bu gün Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin anım günüdür29.01.2026 - 09:40
Naxçıvanda Konstitusiya və Suverenlik irsinə həsr olunmuş kitab nəşr edilib29.01.2026 - 09:30
Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib - FOTO29.01.2026 - 09:09
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun anım günüdür29.01.2026 - 08:53
Bu gün xalq artisti İslam Rzayevin anım günüdür29.01.2026 - 08:41
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib - FOTO29.01.2026 - 08:30
Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür29.01.2026 - 08:19
Milli Kitabxanada Koha AKİS üzrə onlayn təlimlər davam edir29.01.2026 - 08:10
AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO29.01.2026 - 08:00
AzMİU-da “Süni intellekt” ixtisası tədris olunacaq29.01.2026 - 07:48
ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026”da 349-cu yerdə qərarlaşıb29.01.2026 - 07:37
Dövlət İdarəçilik Akademiyası və RİİB arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO29.01.2026 - 07:25
DSX-yə qəbul başlayır29.01.2026 - 07:14
ADU ilə Meksikanın Milli Universiteti arasında onlayn görüş keçirilib29.01.2026 - 07:02
Bu gün Azərbaycan kapitanı Şamil Babayevin doğum günüdür29.01.2026 - 06:50
Bu gün Azərbaycan bəstəkarı Musa Mirzəyevin doğum günüdür29.01.2026 - 06:40
Azərbaycan Dillər Universiteti PHŞ Şərq ölkələri üzrə regionşünaslıq kafedrasında vakansiya29.01.2026 - 06:30
İndoneziya hökumətinin KNB təqaüd proqramına sənəd qəbulu başladı29.01.2026 - 06:20
Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür29.01.2026 - 06:10
Bu gün Firidun bəy Köçərlinin doğum günüdür29.01.2026 - 05:59
Bu imtahanlara qeydiyyat başa ÇATIR29.01.2026 - 05:47
AzMİU-da WUF13 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO29.01.2026 - 05:35
5 yaşlı qız qıcolmadan ölüb29.01.2026 - 05:21
Azərbaycan Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş - FOTOLAR29.01.2026 - 05:11
Bu gün hava necə olacaq? 29.01.2026 - 04:59
ADPU “QS Avropa 2026” dünya universitetləri reytinqində yer alıb - FOTO28.01.2026 - 19:07
SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-nın alimləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb28.01.2026 - 18:50
Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır28.01.2026 - 17:36
Xaqani Şirvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM28.01.2026 - 15:10