Təhsil 365 - Logo Mobile

BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib - FOTO

9329.01.2026 - 12:03
BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib - FOTO

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” forumu çərçivəsində “İnklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasında gənclərin rolu” mövzusunda “WUF (Ümumdünya Şəhərsalma Forumu - World Urban Forum) modeli” simulyasiya konfransı keçirilib. İlk dəfə keçirilən simulyasiya konfransı BDU, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat veriib.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxışında müasir şəhərsalma siyasətinin elm, texnologiya və insan amilinin vəhdəti əsasında formalaşmalı olduğunu qeyd edib. Bildirib ki, gənclərin bu prosesdə fəal iştirakı davamlı inkişaf üçün mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə BDU elmi potensialı, beynəlxalq əməkdaşlıqları, gənclər üçün yaratdığı akademik və praktik imkanlar vasitəsilə şəhərsalma və memarlıq sahəsində bilikli, innovativ düşüncəyə malik kadrların hazırlanmasında mühüm rol oynayır.

BDU-nun Protokol sektorunun əməkdaşı Mirhüseyn Tağıyev isə qeyd edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə şəhərsalma və memarlıq sahələrində müasir, innovativ və dayanıqlı yanaşmaların təşviqinə, urban mühitin keyfiyyətinin artırılmasına, eləcə də gənclərin bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirilərək qərarvermə proseslərinə daha fəal cəlb olunmasına mühüm töhfə verəcək.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə koordinatoru Abdinnasir Saqar müasir şəhərsalmanın qlobal miqyasda mövcud vəziyyəti, şəhərlərə köç proseslərinin sürətlənməsi, şəhərlərin qarşılaşdığı sosial və ekoloji çağırışlar barədə ətraflı məlumat verib. O, göstəricilərə əsaslanaraq dünya əhalisinin böyük hissəsinin artıq şəhərlərdə yaşadığını, bu prosesin isə inklüzivlik, təhlükəsizlik və dayanıqlılıq prinsiplərinə əsaslanan yeni yanaşmalar tələb etdiyini vurğulayıb. Həmçinin WUF platforması çərçivəsində gənclər üçün yaradılan imkanlardan, onların qlobal urban siyasətlərin formalaşmasında iştirak perspektivlərindən söz açaraq, 2026-cı ildə Azərbaycanda keçiriləcək WUF13 tədbirinin uğurlu nəticələrə nail olacağına inamını ifadə edib.

İƏGF Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə gənclərin qlobal və regional səviyyədə baş verən proseslərdə artan rolundan danışıb. O, regional mərkəz tərəfindən gənclər üçün yaradılan beynəlxalq platformalar, təlim və simulyasiya proqramlarının gənclərin bilik və bacarıqlarının inkişafına, beynəlxalq dialoqa inteqrasiyasına mühüm töhfə verdiyini deyib.

Daha sonra simulyasiya konfransının iştirakçıları təmsil etdikləri ölkələri mövqelərinə uyğun olaraq təmsil ediblər.

Konfransın sonunda fərqlənən gənclər sertifikatla təltif olunublar.

Aydan Ələkbərova

Xəbər Lenti

QS Avropa reytinqində Xəzər Universitetinin mövqeyi açıqlanıb - FOTO29.01.2026 - 15:33
ADU-da Afət Musayevanın elmi seminarı keçirilib - FOTO29.01.2026 - 15:21
ADU-da 0,5 ştat mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilib29.01.2026 - 15:11
NDU-nun Elmi Kitabxanasında dosent Validə Hacıyevanın kitabının təqdimatı keçirilib - FOTO29.01.2026 - 15:00
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI29.01.2026 - 14:48
Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı29.01.2026 - 14:36
Yeni not nəşrinin təqdimatı olub - FOTO29.01.2026 - 14:23
İstiqlal Muzeyinə Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar hədiyyə olunub - FOTO29.01.2026 - 14:12
Pedaqoji Universitetdə STEAM təlimlərinə başlanılıb - FOTO29.01.2026 - 13:57
Dövlət qulluğunda 330 vakant vəzifə üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib29.01.2026 - 13:45
Dövlət orqanlarında 44 vakant vəzifə üzrə daxili müsahibə elan edilib29.01.2026 - 13:32
Dünya şöhrətli zəlzələ mühəndisi AzMİU-nu ziyarət edib - FOTO29.01.2026 - 13:20
BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində deputat Samir Vəliyevlə görüş keçirilib - FOTO29.01.2026 - 13:10
BMU alimlərinin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda29.01.2026 - 12:59
Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb - FOTO29.01.2026 - 12:47
BDU-da “workshop”: “CV-dən kənarda qalan bacarıqlar” - FOTO29.01.2026 - 12:36
İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir - FOTO29.01.2026 - 12:25
Yanvarın 31-də TOEFL iBT imtahanı keçiriləcək29.01.2026 - 12:14
Gənclər və İdman Nazirliyi LDU-ya velosipedlər hədiyyə edib - FOTO29.01.2026 - 11:50
Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb - FOTO29.01.2026 - 11:40
BMU-nun ikili diplom proqramının tələbələri Çinlə bağlı təəssüratlarını bölüşüblər - FOTO29.01.2026 - 11:30
Məktəb direktoru şagirdi döyüb? - AÇIQLAMA29.01.2026 - 11:20
Bu gün Ədalət Muradovun doğum günüdür29.01.2026 - 11:10
ADU-da Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri ilə görüş keçirilib - FOTO29.01.2026 - 10:52
Azərbaycan Dillər Universitetində vakansiya29.01.2026 - 10:40
Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılacaq29.01.2026 - 10:29
İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib29.01.2026 - 10:18
ADNSU beynəlxalq reytinqdə irəliləyib - FOTO29.01.2026 - 10:09
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
Bu gün Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin anım günüdür29.01.2026 - 09:40
Naxçıvanda Konstitusiya və Suverenlik irsinə həsr olunmuş kitab nəşr edilib29.01.2026 - 09:30
Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib - FOTO29.01.2026 - 09:09
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun anım günüdür29.01.2026 - 08:53
Bu gün xalq artisti İslam Rzayevin anım günüdür29.01.2026 - 08:41
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib - FOTO29.01.2026 - 08:30
Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür29.01.2026 - 08:19
Milli Kitabxanada Koha AKİS üzrə onlayn təlimlər davam edir29.01.2026 - 08:10
AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO29.01.2026 - 08:00
AzMİU-da “Süni intellekt” ixtisası tədris olunacaq29.01.2026 - 07:48
ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026”da 349-cu yerdə qərarlaşıb29.01.2026 - 07:37
Dövlət İdarəçilik Akademiyası və RİİB arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO29.01.2026 - 07:25
DSX-yə qəbul başlayır29.01.2026 - 07:14
ADU ilə Meksikanın Milli Universiteti arasında onlayn görüş keçirilib29.01.2026 - 07:02
Bu gün Azərbaycan kapitanı Şamil Babayevin doğum günüdür29.01.2026 - 06:50
Bu gün Azərbaycan bəstəkarı Musa Mirzəyevin doğum günüdür29.01.2026 - 06:40
Azərbaycan Dillər Universiteti PHŞ Şərq ölkələri üzrə regionşünaslıq kafedrasında vakansiya29.01.2026 - 06:30