Təhsil 365 - Logo Mobile

Dünya şöhrətli zəlzələ mühəndisi AzMİU-nu ziyarət edib - FOTO

7129.01.2026 - 13:20
Dünya şöhrətli zəlzələ mühəndisi AzMİU-nu ziyarət edib - FOTO

Dünya şöhrətli zəlzələ mühəndisi, Boğaziçi Universitetinin professoru, uzun illər Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru olmuş, Türkiyə Cümhurbaşkanlığı nəzdində Yerli İdarəetmə və Fəlakətlər üzrə Siyasət Şurasının üzvü, zəlzələ risklərinin qiymətləndirilməsi, struktur dinamikası və erkən xəbərdarlıq sistemləri üzrə beynəlxalq ekspert, həmçinin Türkiyənin zəlzələyə davamlı tikinti normalarının hazırlanmasında aparıcı rol oynamış Prof. Dr. Mustafa Erdik Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzini ziyarət edib.

“Tehsil365" xəbər verir ki, ziyarət çərçivəsində qonağı AzMİu-nun prorektoru, professor Akif Qasımov qəbul edib. Görüş zamanı AzMİU-nun beynəlxalq əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr, elmi-tədris fəaliyyəti və universitetin inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı inşaat və zəlzələ mühəndisliyi sahəsində tanınmış ekspert, AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru, eyni zamanda universitetin rektor müşaviri, zəlzələ mühəndisliyi sahəsində elmi əsaslı innovativ metodların müəllifi kimi tanınan professor Azər Qasımzadə tərəfindən Mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimat edilib. Təqdimatda Mərkəzin elmi-tədqiqat istiqamətləri, tətbiqi mühəndislik layihələri və strateji inkişaf hədəfləri diqqətə çatdırılıb.

Xüsusilə Mərkəzə tərəfindən yüksək mərtəbəli real bina üzərində aparılan seysmik monitorinq və müşahidə prosesləri, bu proseslər nəticəsində əldə olunan məlumatların mühəndislik baxımından təhlili və praktik əhəmiyyəti professor Mustafa Erdik tərəfindən yüksək qiymətləndirilib.

Görüş zamanı Mərkəzin gələcəkdə beynəlxalq elmi layihələrə ev sahibliyi etməsi, aparıcı xarici elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də zəlzələ təhlükəsizliyi sahəsində birgə tədqiqatvə təcrübə mübadiləsinin aparılması istiqamətində müvafiq qərarlar qəbul edilib.

Ziyarət AzMİU-nun zəlzələ mühəndisliyi sahəsində beynəlxalq elmi platformada mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Aydan Ələkbərova

Xəbər Lenti

QS Avropa reytinqində Xəzər Universitetinin mövqeyi açıqlanıb - FOTO29.01.2026 - 15:33
ADU-da Afət Musayevanın elmi seminarı keçirilib - FOTO29.01.2026 - 15:21
ADU-da 0,5 ştat mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilib29.01.2026 - 15:11
NDU-nun Elmi Kitabxanasında dosent Validə Hacıyevanın kitabının təqdimatı keçirilib - FOTO29.01.2026 - 15:00
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI29.01.2026 - 14:48
Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı29.01.2026 - 14:36
Yeni not nəşrinin təqdimatı olub - FOTO29.01.2026 - 14:23
İstiqlal Muzeyinə Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar hədiyyə olunub - FOTO29.01.2026 - 14:12
Pedaqoji Universitetdə STEAM təlimlərinə başlanılıb - FOTO29.01.2026 - 13:57
Dövlət qulluğunda 330 vakant vəzifə üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib29.01.2026 - 13:45
Dövlət orqanlarında 44 vakant vəzifə üzrə daxili müsahibə elan edilib29.01.2026 - 13:32
BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində deputat Samir Vəliyevlə görüş keçirilib - FOTO29.01.2026 - 13:10
BMU alimlərinin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda29.01.2026 - 12:59
Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb - FOTO29.01.2026 - 12:47
BDU-da “workshop”: “CV-dən kənarda qalan bacarıqlar” - FOTO29.01.2026 - 12:36
İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir - FOTO29.01.2026 - 12:25
Yanvarın 31-də TOEFL iBT imtahanı keçiriləcək29.01.2026 - 12:14
BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib - FOTO29.01.2026 - 12:03
Gənclər və İdman Nazirliyi LDU-ya velosipedlər hədiyyə edib - FOTO29.01.2026 - 11:50
Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb - FOTO29.01.2026 - 11:40
BMU-nun ikili diplom proqramının tələbələri Çinlə bağlı təəssüratlarını bölüşüblər - FOTO29.01.2026 - 11:30
Məktəb direktoru şagirdi döyüb? - AÇIQLAMA29.01.2026 - 11:20
Bu gün Ədalət Muradovun doğum günüdür29.01.2026 - 11:10
ADU-da Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri ilə görüş keçirilib - FOTO29.01.2026 - 10:52
Azərbaycan Dillər Universitetində vakansiya29.01.2026 - 10:40
Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılacaq29.01.2026 - 10:29
İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib29.01.2026 - 10:18
ADNSU beynəlxalq reytinqdə irəliləyib - FOTO29.01.2026 - 10:09
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
MDU-nun 10 tələbəsi Türkiyə və Qazaxıstanda təhsil alacaq - FOTO29.01.2026 - 09:50
Bu gün Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin anım günüdür29.01.2026 - 09:40
Naxçıvanda Konstitusiya və Suverenlik irsinə həsr olunmuş kitab nəşr edilib29.01.2026 - 09:30
Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib - FOTO29.01.2026 - 09:09
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun anım günüdür29.01.2026 - 08:53
Bu gün xalq artisti İslam Rzayevin anım günüdür29.01.2026 - 08:41
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib - FOTO29.01.2026 - 08:30
Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür29.01.2026 - 08:19
Milli Kitabxanada Koha AKİS üzrə onlayn təlimlər davam edir29.01.2026 - 08:10
AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO29.01.2026 - 08:00
AzMİU-da “Süni intellekt” ixtisası tədris olunacaq29.01.2026 - 07:48
ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026”da 349-cu yerdə qərarlaşıb29.01.2026 - 07:37
Dövlət İdarəçilik Akademiyası və RİİB arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO29.01.2026 - 07:25
DSX-yə qəbul başlayır29.01.2026 - 07:14
ADU ilə Meksikanın Milli Universiteti arasında onlayn görüş keçirilib29.01.2026 - 07:02
Bu gün Azərbaycan kapitanı Şamil Babayevin doğum günüdür29.01.2026 - 06:50
Bu gün Azərbaycan bəstəkarı Musa Mirzəyevin doğum günüdür29.01.2026 - 06:40
Azərbaycan Dillər Universiteti PHŞ Şərq ölkələri üzrə regionşünaslıq kafedrasında vakansiya29.01.2026 - 06:30