Azərbaycan Dillər Universiteti PHŞ Hindi dili və mədəniyyəti mərkəzində 0,5 ştat mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, vakansiya üzrə müraciət edən namizədlərdən mərkəzin profilinə uyğun ali təhsil, Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı, eləcə də müvafiq dil bilikləri tələb olunur. Namizədlər komanda ilə işləmə, məsuliyyətlilik, intizamlılıq, nəticəyönümlülük və dəqiqlik kimi şəxsi keyfiyyətlərə malik olmalıdırlar.
Mütəxəssisin vəzifə və öhdəliklərinə təhsil müəssisəsində təlim, tədris və metodiki işlərin təşkili və təhlili, tədris prosesinin səmərəliliyinin artırılması ilə bağlı təkliflərin verilməsi, mərkəzin fəaliyyət istiqamətinə uyğun tədbir, seminar və müsabiqələrin təşkili daxildir. Eyni zamanda müəllim mobilliyi üzrə sənədlərin hazırlanmasına rəhbərlik edilməsi, mərkəz sənədlərinin tərtibi, ali təhsil müəssisəsinin rəhbərliyinə və Elmi Şuraya təkliflərin təqdim olunması, eləcə də ADU-da keçirilən tədbirlərdə mərkəzin təmsil edilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən ediləcək. Müraciətlərə baxıldıqdan sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına 05 fevral saat 18:00-dək göndərə bilərlər.

