Azərbaycan Dillər Universitetinin (ADU) Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrası ilə Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə Afət Musayevanın “Ədəbiyyat azadlığın məkanı və hakimiyyətlə intizamın təzahür sahəsi kimi” mövzusunda elmi seminarı keçirilib.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, seminarda “Dünya ədəbiyyatı” ixtisası üzrə təhsil alan doktorantlar iştirak ediblər.
Tədbir çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb, ədəbiyyatın ictimai-siyasi kontekstdə rolu, azadlıq və hakimiyyət münasibətləri elmi-nəzəri baxımdan təhlil edilib, müasir ədəbi-nəzəri yanaşmalar üzrə fikirlər səsləndirilib.

