Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyini Xaçmazdan gəlmiş qonaqlar və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin II kurs tələbələri ziyarət ediblər.
Bu barədə “Tehsil365”ə muzeydən məlumat verilib. Bildirilib ki, ziyarət zamanı qonaqlara Nəriman Nərimanovun müəllimlik, həkimlik, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Xaçmazdan gəlmiş qonağa Nəriman Nərimanovun “Tibb və İslam” kitabı hədiyyə edilib.

