Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova fevralın 6-da Şəki şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Agentlikdən “Tehsil365"ə bildirilib ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər.
Qeyd edilən şəhər və rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edərək və ya portal.edu.az vasitəsilə elektron formada müraciət edərək qəbula yazıla bilərlər.
Qəbulda iştirak etmək istəyənlər fevralın 4-ü saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

