Təhsil 365 - Logo Mobile

Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO

9030.01.2026 - 13:50
Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas-alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

AMEA-dan “Tehsil365"ə bildirilib ki, əvvəlcə ədəbiyyatşünas-alimin elmi yaradıcılığına həsr olunmuş sərgiyə baxış olub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli görkəmli elm xadimi Araz Dadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəmini vurğulayıb. İsa Həbibbəyli bildirib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühitinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünkü nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti vardır.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. Vurğulanıb ki, Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

“Araz Dadaşzadəyə qədər Vaqif yalnız nikbin şair kimi qeyd olunurdu. Tədqiqatçımız Vaqif realizminin bütün imkanlarını, dərin fəlsəfəsini hiss edərək bu nikbinliyin alt qatını dərindən təhlil edib ümumiləşmiş fikirlər ortaya qoyub. O, Vaqifin bütöv obrazını yaradıb. Təkcə Vaqif deyil, o dövrün digər sənətkarlarının yalnız nikbin cəhətlərini qeyd etməklə yox, onların tənqidi realizmə əsaslanan fikirlərini, faciəvi məqamlarını, onların yaradıcılıqlarının bütün mənzərəsini ədəbiyyatda əks etdirməklə qiymətləndirməsini ortaya qoyub. Sovet ədəbiyyatının əsas prinsiplərindən biri tarixi nikbinlik prinsipi idi. Sovet ədəbiyyatı əsas istismarçı zümrələr kimi gördüyü bəy-xanları, bir sözlə, keçmişi tənqid etməyə köklənmişdi. Tənqidi prinsip, tarixi nikbinlik prinsipi sosializm yaradıcılığına uyğun gəlirdi. Araz Dadaşzadə Vaqifə də, Vidadiyə də, bir sözlə, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma ilə ədəbiyyatşünaslıq elminin metodologiyasına öz əlavələrini etməyi bacarıb”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Akademik İsa Həbibbəyli Araz Dadaşzadənin ensiklopedik fəaliyyətindən söz açaraq bildirib ki, alimin bu istiqamətdə də diqqətəlayiq fəaliyyəti olub. O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsinə qədər böyük yol keçib və ədəbiyyatşünaslığımıza olduğu kimi, ensiklopediya sahəsində də əməli xidmət göstərib.

Sonra filologiya elmləri doktoru Vaqif Yusifli “Araz Dadaşzadənin Vaqif dünyası” mövzusunda məruzə ilə çıxış edərək alimin ədəbiyyatşünaslığımıza verdiyi töhfələr barədə danışıb.

Filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə tədqiqatçı-alimin ədəbi araşdırmaçılıq fəaliyyətindən söhbət açıb. O qeyd edib ki, Araz Dadaşzadə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şakir Şirvani kimi ədiblərimizin yaradıcılığı barədə ciddi tədqiqatlar ortaya qoyub və ədəbiyyatşünaslıq və tənqid sahəsinə böyük xidmətlər göstərib.

Daha sonra Araz Dadaşzadənin qızı filologiya üzrə elmlər doktoru, professor Zümrüd Dadaşzadə çıxış edərək bildirib ki, fundamentallıq, əsaslılıq, hər şeyin mahiyyətinə varmaq ədəbiyyatşünas-alimin yaradıcılığına xas olan ən ümdə keyfiyyətlərdən biri idi. O, hər sözün üzərində sanki əsirdi və bu keyfiyyətini övladlarına da ötürmüşdü. Onun ən vacib xüsusiyyətlərindən biri sistemləşdirməyi bacarmaq idi. Hər bir işində, elmi yaradıcılığında ən xırda detalları belə nəzərə alır və onları sistemləşdirirdi.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru Cavanşir Yusifli “Araz Dadaşzadə XVII-XVIII əsrlər Azərbaycan lirikasının tədqiqatçısı kimi” mövzusunda məruzə ilə çıxış edərək alimin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açıb.

Tədbirdə görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda ailəsi adından çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan Dövlət Mahnı Teatrında retro gecə - 80-ci illərin hit mahnıları - FOTO30.01.2026 - 15:03
Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO30.01.2026 - 14:49
Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub30.01.2026 - 14:37
Hilal Salmanov: Son illərdə ali təhsilə qəbulda artım və dövlət sifarişi genişlənib30.01.2026 - 14:24
2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur 30.01.2026 - 14:12
BMU ilə NamDTU arasında əməkdaşlıq müzakirə olunub - FOTO30.01.2026 - 13:30
Servantes İnstitutunun direktoru ADU-nun qonağı olub - FOTO30.01.2026 - 13:20
ADA Universiteti ilə Türkmənistan XİN-nin Beynəlxalq Münasibətlər İnstitutu arasında videokonfrans formatında görüş keçirilib - FOTO30.01.2026 - 13:10
Agentlik: 250 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb - FOTO30.01.2026 - 13:00
“Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib - FOTO30.01.2026 - 12:48
Məktəblərdə qış tətili başa çatır30.01.2026 - 12:36
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib30.01.2026 - 12:25
BMU ilə NamDTU arasında əməkdaşlıq müzakirə olunub - FOTO30.01.2026 - 12:12
Prezident gəncləri mükafatlandırdı - SİYAHI 30.01.2026 - 11:54
Tarix müəllimləri ilə Həsən Həsənovun görüşündə tarixi-coğrafi və etnoqrafik atlaslar müzakirə olunub - FOTO30.01.2026 - 11:39
İtkin düşən 8 yaşlı uşaq tapıldı30.01.2026 - 11:15
Payız semestri üzrə tələbə krediti müraciətlərinin qəbulu sabah bitir30.01.2026 - 11:00
Sinif rəhbərləri “Rəqəmsal məktəb” ilə tədris nəticələrinin inkişaf dinamikasını izləyir30.01.2026 - 10:49
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Şəkidə vətəndaşlarla görüşəcək30.01.2026 - 10:37
Xankəndi peşə məktəbindən eksklüziv - Reportaj30.01.2026 - 10:23
Metodik xidmət üzrə I yarımilin yekunlarına dair görüş keçirilib30.01.2026 - 10:11
“Ulduz” jurnalının bu il ilk sayı çap olunub30.01.2026 - 09:55
Azərbaycan və Çad dövlət agentlikləri rəqəmsal transformasiya sahəsində memorandum imzalayıb30.01.2026 - 09:43
Bu halda üzr istənilməsinin tələbi yolverilməzdir30.01.2026 - 09:31
Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib - FOTO30.01.2026 - 09:20
Sabah hava necə olacaq? 30.01.2026 - 09:10
BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO30.01.2026 - 08:57
İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir30.01.2026 - 08:45
Valeh Kərimov yenidən səhnədə - FOTO30.01.2026 - 08:34
Bakıda “Dostluğun süfrəsi: Anadolu səhər yeməyi görüşü” təşkil olunub - FOTO30.01.2026 - 08:23
Birol Akgün: Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə yüksək səviyyədə tədbirlər keçiriləcək30.01.2026 - 08:12
“İnnovativ dövlət idarəçiliyi texnologiyaları və onların tətbiqi” mövzusunda təlim keçirilib - FOTO30.01.2026 - 08:02
Emin Əmrullayev: "Dərsliklər şagirdlərin oxuyub-anlama və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirməlidir" 30.01.2026 - 07:50
Nəriman Nərimanovun xatirə muzeyi ziyarət edilib - FOTO30.01.2026 - 07:40
Biləsuvarda WUF13-lə bağlı təbliğat tədbirləri keçirilib - FOTO30.01.2026 - 07:30
Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə daha da genişlənir30.01.2026 - 07:20
Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub30.01.2026 - 07:10
Emin Əmrullayev Mərkəzi Aran regionunda qabaqcıl təhsil işçiləri ilə görüşüb - FOTO30.01.2026 - 06:58
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçir30.01.2026 - 06:47
Təhsilin İnkişafı Fondu auditor seçir30.01.2026 - 06:35
Azərbaycan 61-ci Venesiya Biennalesində milli pavilyonla təmsil olunacaq30.01.2026 - 06:22
21 yaşlı oğlan dəm qazından öldü30.01.2026 - 06:10
Naxçıvanda uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbulu başlayıb30.01.2026 - 05:57
Cəlilabadda dörd qardaş məktəb üzü görmür30.01.2026 - 05:45
Bu gün hava necə olacaq? 30.01.2026 - 05:33
Əməkdar rəssam Gennadi Brijatyukun doğum günüdür30.01.2026 - 05:21
Azərbaycan kinosunun görkəmli operatoru Teyyub Axundovun anadan olmasından 105 il ötür30.01.2026 - 05:11