Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2026-cı il Gənclər üçün Prezident mükafatı verilib. Onlardan 2-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
BDU-dan “Tehsil365"ə bildirilib ki, Prezident mükafatçıları Gülbağda Leysanova -Hacıyeva 2019-cu ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin, Lamiyə Məmmədova isə 2020-ci ildə BDU-nun Filologiya fakültəsinin SABAH qrupları üzrə məzunu olub.

