Bu gün tanınmış jurnalist, televiziya aparıcısı və ictimai xadimin doğum günüdür.
"Tehsil365" xatırladır ki, o, 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında alıb, magistr və aspirantura pillələrini bitirib, elmlər namizədi və dosent elmi adlarına layiq görülüb. Daha sonra Odlar Yurdu Universitetində təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi başlayan ictimai xadim sonrakı illərdə televiziya sahəsində də fəaliyyət göstərib. O, “Xeyir Körpüsü”, “Vətənimdir Azərbaycan” və “Həyat” (2017) verilişlərinin aparıcısı olub.
Hazırda “Həyat Fondu”nun rəhbəri kimi fəaliyyət göstərən ictimai xadim xeyriyyəçilik sahəsində gördüyü işlərə görə 2012-ci ildə “İlin xeyriyyəçisi” adına layiq görülüb.

