Təhsil 365 - Logo Mobile

“Yüksəliş”in qalibləri ilə silsilə görüşlər başlayıb

9131.01.2026 - 13:25
“Yüksəliş”in qalibləri ilə silsilə görüşlər başlayıb

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər 2026-cı ilin birinci yarısında yeni məzmun xətti ilə genişləndirilir. Bu çərçivədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibin Evində Yüksəliş” adlı silsilə görüşlər təşkil olunub.

Fonddan “Tehsil365"ə bildirilib ki, silsilə görüşlərin əsas məqsədi Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi strateji idarəetmədə azərbaycançılıq ideyasına, Azərbaycan mədəniyyətinin təşviqinə, milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı kimi rolu diqqət mərkəzində saxlanılacaq.

Silsilə görüşlərin ilk sessiyasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, “Ədibin Evi”nin təsisçiləri filoloq-ədəbiyyatşünas, professor Ədibə Paşayeva və ədəbiyyatşünas alim, professor Təhsin Mütəllimov, eləcə də gənclər və idman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Görüşü “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva açıb, layihənin məqsədi və məzmunu barədə ətraflı məlumat verib. Qeyd edib ki, görüşlər çərçivəsində “Ədibin Evi”nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik və idarəçilik təfəkkürünə təsiri elmi və praktik aspektlərdən təhlil olunacaq.

İlk görüş akademik Nizami Cəfərovun təqdimatında “Azərbaycan dilinin ideoloji əsasları” mövzusuna həsr edilib. Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibləri və İşçi Qrupun üzvləri XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı olan, İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə bir araya gəliblər.

Akademik mövzu ətrafında ətraflı çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, ideoloji mahiyyəti və dövlətçilik baxımından əhəmiyyəti barədə fikirlərini qaliblərlə bölüşüb. Görüşün davamında qaliblərin ünvanladıqları suallar cavablandırılıb, müzakirələr interaktiv və maraqlı diskussiya şəklində davam edib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Gizir Fariz Şıxəliyevin qəhrəmanlığı “Şəhidin səsi” proqramında xatırlanacaq - VİDEO01.02.2026 - 05:11
1 fevral – şəhid XTQ zabiti Elton Qənbərlinin doğum günüdür01.02.2026 - 04:59
Şagirdi döyən direktora cinayət işi açıldı31.01.2026 - 17:00
Paytaxtda elektron qaydada eksternat imtahanları keçirilib - FOTO31.01.2026 - 14:30
Azərbaycan opera kollektivi dünya səhnəsində31.01.2026 - 14:02
"Elmə həsr olunmuş ömür": Dünyaşöhrətli alim Lütfi Zadə yad edilib - FOTO31.01.2026 - 12:35
BMU-da doktorant və dissertantlar ixtisas imtahanı verib31.01.2026 - 11:55
Beşbarmaq arxeoloji ekspedisiyasının 2025-ci il tədqiqatlarının yekunu təqdim olunub - FOTO31.01.2026 - 11:25
Sabah hava necə olacaq? 31.01.2026 - 09:00
Qış tətili başa çatdı 31.01.2026 - 07:45
Qəbul imtahanlarında kimlər ödənişdən azaddır? – RƏSMİ AÇIQLAMA31.01.2026 - 07:30
Azərbaycanlı müəllim Yaponiyanın ordeni ilə təltif olunub31.01.2026 - 06:50
“Google”un məxfi sənədləri oğurlandı31.01.2026 - 06:32
ADPU-da çalışan müəllimlərin yarıya yaxını universitetin öz məzunlarıdır31.01.2026 - 06:20
ADNSU-da Özbəkistanın ali məktəblərinin nümayəndələri ilə görüş - FOTO31.01.2026 - 06:10
Bu gün bu şəxslər imtahan verir 31.01.2026 - 05:57
Bu gün hava necə olacaq? 31.01.2026 - 05:45
"ChatGPT"nin bəzi modelləri ilə işləmək mümkün olmayacaq31.01.2026 - 05:33
Bu gün tanınmış jurnalist və ictimai xadimin doğum günüdür31.01.2026 - 05:21
Bu gün görkəmli teatr və kino aktyoru Ələsgər Ələkbərovun anım günüdür31.01.2026 - 05:11
Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür31.01.2026 - 04:59
Rəsulzadənin anadan olmasından 142 il ötür30.01.2026 - 20:01
Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə - 18 il həbs verildi30.01.2026 - 19:15
“Kevin”in anası vəfat etdi - FOTOLAR30.01.2026 - 18:51
NDU-nun rektoru media nümayəndələri üçün brifinq keçirib - FOTOLAR30.01.2026 - 18:10
Fatih Ürek vəfat etdi30.01.2026 - 17:45
Tanınmış rejissor evində ölü tapıldı30.01.2026 - 16:10
Leyla Əliyeva “Azərbaycan otağı”nda - FOTOLAR30.01.2026 - 15:36
Prezidentin təltif etdiyi gənc əlil ifaçıdır30.01.2026 - 15:25
Emin Əmrullayev Kürdəmirdə vətəndaş qəbulu keçirib30.01.2026 - 15:13
Azərbaycan Dövlət Mahnı Teatrında retro gecə - 80-ci illərin hit mahnıları - FOTO30.01.2026 - 15:03
Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO30.01.2026 - 14:49
Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub30.01.2026 - 14:37
Hilal Salmanov: Son illərdə ali təhsilə qəbulda artım və dövlət sifarişi genişlənib30.01.2026 - 14:24
2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur 30.01.2026 - 14:12
Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO30.01.2026 - 13:50
BMU ilə NamDTU arasında əməkdaşlıq müzakirə olunub - FOTO30.01.2026 - 13:30
Servantes İnstitutunun direktoru ADU-nun qonağı olub - FOTO30.01.2026 - 13:20
ADA Universiteti ilə Türkmənistan XİN-nin Beynəlxalq Münasibətlər İnstitutu arasında videokonfrans formatında görüş keçirilib - FOTO30.01.2026 - 13:10
Agentlik: 250 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb - FOTO30.01.2026 - 13:00
“Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib - FOTO30.01.2026 - 12:48
Məktəblərdə qış tətili başa çatır30.01.2026 - 12:36
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib30.01.2026 - 12:25
BMU ilə NamDTU arasında əməkdaşlıq müzakirə olunub - FOTO30.01.2026 - 12:12
Prezident gəncləri mükafatlandırdı - SİYAHI 30.01.2026 - 11:54
Tarix müəllimləri ilə Həsən Həsənovun görüşündə tarixi-coğrafi və etnoqrafik atlaslar müzakirə olunub - FOTO30.01.2026 - 11:39
İtkin düşən 8 yaşlı uşaq tapıldı30.01.2026 - 11:15