Təhsil 365 - Logo Mobile

1 fevral – şəhid XTQ zabiti Elton Qənbərlinin doğum günüdür

7301.02.2026 - 04:59
1 fevral – şəhid XTQ zabiti Elton Qənbərlinin doğum günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi Elton Baba oğlu Qənbərli 1 fevral 1997-ci ildə Şərur rayonunun Ələkli kəndində anadan olub. Qeyd edək ki, bu gün şəhidin doğum günüdür. Yaşasaydı, 28 yaşını qeyd edəcəkdi.

“Tehsil365" xəbər verir ki, o, 2003–2011-ci illərdə Ələkli kənd tam orta məktəbdə təhsil alıb və 9-cu sinfi bitirdikdən sonra 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014–2018-ci illərdə isə Azərbaycan Ali Hərbi Akademiyasında hərbi təhsilini davam etdirib.

Uşaqlıqdan hərbçi olmağı arzulayan Eltonun hərbi məktəbə qəbul olması ailəsi üçün böyük sürpriz olub. Üç uşaqlı ailənin ən sakit, eyni zamanda ən gülərüz övladı kimi tanınan Elton, yaxınlarının xatirəsində saf və mələk təbiətli bir insan kimi qalıb.

Şəhidin bacısı Nargül Qənbərli bildirir ki, Elton qazandığı uğurların paylaşılmasını sevməyib: “Bir dəfə onun nailiyyətləri ilə bağlı paylaşım etmişdim, xahiş etdi ki, silim. Deyirdi ki, mən bunları göstəriş üçün etməmişəm.”

Elton Qənbərli bir çox çətin hərbi təlim və kurslarda iştirak edib. O cümlədən, 176 nəfərin qatıldığı “SAT” hərbi kursunda yaşca ən kiçik iştirakçı olsa da, təlimi uğurla başa vuran 8 nəfərdən biri olub. Daha sonra XTQ kursunu birinciliklə bitirib və N saylı hərbi hissədə xidmətə başlayıb.

Hərbi sahə ilə yanaşı, o, incəsənətə də maraq göstərib, musiqi məktəbini bitirib, nağara ifa edib, 12 növ Şərur yallısını bilib. Mütaliəyə xüsusi önəm verən şəhidin sevdiyi yazarlardan biri Fyodor Dostoyevski olub.

Son vəzifəsi qrup komandiri müavini və kəşfiyyatçı olan Elton Qənbərli 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı istiqamətlərində döyüşüb. 23 gün ərzində qəhrəmanlıq göstərən zabit yaralansa da, hospitala getməyərək döyüş meydanını tərk etməyib.

Elton Qənbərli Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub və 24 oktyabr tarixində Şərur rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhid XTQ zabiti Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Aydan Ələkbərova

Xəbər Lenti

Bu gün hava necə olacaq? 01.02.2026 - 05:23
Gizir Fariz Şıxəliyevin qəhrəmanlığı “Şəhidin səsi” proqramında xatırlanacaq - VİDEO01.02.2026 - 05:11
Şagirdi döyən direktora cinayət işi açıldı31.01.2026 - 17:00
Paytaxtda elektron qaydada eksternat imtahanları keçirilib - FOTO31.01.2026 - 14:30
Azərbaycan opera kollektivi dünya səhnəsində31.01.2026 - 14:02
“Yüksəliş”in qalibləri ilə silsilə görüşlər başlayıb31.01.2026 - 13:25
"Elmə həsr olunmuş ömür": Dünyaşöhrətli alim Lütfi Zadə yad edilib - FOTO31.01.2026 - 12:35
BMU-da doktorant və dissertantlar ixtisas imtahanı verib31.01.2026 - 11:55
Beşbarmaq arxeoloji ekspedisiyasının 2025-ci il tədqiqatlarının yekunu təqdim olunub - FOTO31.01.2026 - 11:25
Sabah hava necə olacaq? 31.01.2026 - 09:00
Qış tətili başa çatdı 31.01.2026 - 07:45
Qəbul imtahanlarında kimlər ödənişdən azaddır? – RƏSMİ AÇIQLAMA31.01.2026 - 07:30
Azərbaycanlı müəllim Yaponiyanın ordeni ilə təltif olunub31.01.2026 - 06:50
“Google”un məxfi sənədləri oğurlandı31.01.2026 - 06:32
ADPU-da çalışan müəllimlərin yarıya yaxını universitetin öz məzunlarıdır31.01.2026 - 06:20
ADNSU-da Özbəkistanın ali məktəblərinin nümayəndələri ilə görüş - FOTO31.01.2026 - 06:10
Bu gün bu şəxslər imtahan verir 31.01.2026 - 05:57
Bu gün hava necə olacaq? 31.01.2026 - 05:45
"ChatGPT"nin bəzi modelləri ilə işləmək mümkün olmayacaq31.01.2026 - 05:33
Bu gün tanınmış jurnalist və ictimai xadimin doğum günüdür31.01.2026 - 05:21
Bu gün görkəmli teatr və kino aktyoru Ələsgər Ələkbərovun anım günüdür31.01.2026 - 05:11
Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür31.01.2026 - 04:59
Rəsulzadənin anadan olmasından 142 il ötür30.01.2026 - 20:01
Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə - 18 il həbs verildi30.01.2026 - 19:15
“Kevin”in anası vəfat etdi - FOTOLAR30.01.2026 - 18:51
NDU-nun rektoru media nümayəndələri üçün brifinq keçirib - FOTOLAR30.01.2026 - 18:10
Fatih Ürek vəfat etdi30.01.2026 - 17:45
Tanınmış rejissor evində ölü tapıldı30.01.2026 - 16:10
Leyla Əliyeva “Azərbaycan otağı”nda - FOTOLAR30.01.2026 - 15:36
Prezidentin təltif etdiyi gənc əlil ifaçıdır30.01.2026 - 15:25
Emin Əmrullayev Kürdəmirdə vətəndaş qəbulu keçirib30.01.2026 - 15:13
Azərbaycan Dövlət Mahnı Teatrında retro gecə - 80-ci illərin hit mahnıları - FOTO30.01.2026 - 15:03
Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO30.01.2026 - 14:49
Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub30.01.2026 - 14:37
Hilal Salmanov: Son illərdə ali təhsilə qəbulda artım və dövlət sifarişi genişlənib30.01.2026 - 14:24
2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur 30.01.2026 - 14:12
Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO30.01.2026 - 13:50
BMU ilə NamDTU arasında əməkdaşlıq müzakirə olunub - FOTO30.01.2026 - 13:30
Servantes İnstitutunun direktoru ADU-nun qonağı olub - FOTO30.01.2026 - 13:20
ADA Universiteti ilə Türkmənistan XİN-nin Beynəlxalq Münasibətlər İnstitutu arasında videokonfrans formatında görüş keçirilib - FOTO30.01.2026 - 13:10
Agentlik: 250 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb - FOTO30.01.2026 - 13:00
“Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib - FOTO30.01.2026 - 12:48
Məktəblərdə qış tətili başa çatır30.01.2026 - 12:36
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib30.01.2026 - 12:25
BMU ilə NamDTU arasında əməkdaşlıq müzakirə olunub - FOTO30.01.2026 - 12:12
Prezident gəncləri mükafatlandırdı - SİYAHI 30.01.2026 - 11:54
Tarix müəllimləri ilə Həsən Həsənovun görüşündə tarixi-coğrafi və etnoqrafik atlaslar müzakirə olunub - FOTO30.01.2026 - 11:39