Təhsil 365 - Logo Mobile

Gizir Fariz Şıxəliyevin qəhrəmanlığı “Şəhidin səsi” proqramında xatırlanacaq - VİDEO

9601.02.2026 - 05:11
Gizir Fariz Şıxəliyevin qəhrəmanlığı “Şəhidin səsi” proqramında xatırlanacaq - VİDEO

"Tehsil365" İnformasiya Agentliyinin layihəsi olan "Şəhidin səsi" proqramının bu dəfəki buraxılışı Azərbaycanın qəhrəman şəhidlərindən biri, gizir Fariz Şıxəliyevə həsr olunub.

“Tehsil365" xəbərə verir ki, Fariz Şıxəliyev 10 dekabr 1987-ci ildə Rusiya Federasiyasının Xabarovski vilayətində anadan olmuşdur. 1994–2004-cü illərdə Şamaxı rayonunun Qaravəlli kənd tam orta məktəbini bitirmiş, 2006–2008-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olmuş, 2011-ci ildə "ferdşer" ixtisasını bitirərək gizir rütbəsini almışdır.

Xidmətini müxtəlif hərbi hissələrdə davam etdirən Fariz Şıxəliyev 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş, 2016-cı ildə "Aprel" döyüşlərində Talış istiqamətində iştirak etmişdir. Nümunəvi xidmətinə görə bir sıra medallar ilə təltif olunmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Fariz Şıxəliyev Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının azad olunmasında böyük şücaət göstərmişdir. 27 oktyabr 2020-ci il tarixində Xocavənd-Şuşa (Çanaqçı kəndi) istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir. O, döyüşlərdə 2 erməni polkovnikini əsir götürmüş, 11 erməni hərbçisini məhv etmiş və 3 hərbi texnika qənimət götürmüşdür.

Fariz Şıxəliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunması", "Füzuli uğrunda", "Xocavənd uğrunda", "Kəlbəcərin azad olunması", "Qubadlının azad olunması", "Vətən müharibəsinin iştirakçısı" və "Şücaətə görə" medalları ilə təltif olunmuşdur. Xidmət dövründə ümumilikdə 12 medal və 11 fəxri fərman almışdır. Ailəli olan şəhidin bir oğlu vardır.

Bu buraxılışın aparıcısı "Tehsil365" İnformasiya Agentliyinin "Könüllü müxbir" layihəsində fəaliyyət göstərmiş və məzun olmuş Şəbnəm Mirzəyevdır. Proqram 2 fevral saat 18:00-da yayımlanacaq.

Şəhidlər ölməz, Vətən bölünməz. Ruhun şad olsun, igidimiz!

Aydan Ələkbərova

Xəbər Lenti

20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50