Elm və Təhsil Nazirliyi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib.
“Tehsil365” xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı fikirlərinə yer verilib. Dövlət başçısı bildirib ki, Azərbaycan gəncləri fəal, vətənpərvər, bilikli və savadlıdır.
Nazirlik paylaşımında gəncləri əlamətdar gün münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Gününüz mübarək, əziz gənclər!” – deyə paylaşımda qeyd olunub.

