Təhsil 365 - Logo Mobile

BMU-da Gənclər Günü qeyd olunub - FOTO

7102.02.2026 - 09:51
BMU-da Gənclər Günü qeyd olunub - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) 2 Fevral-Gənclər Günü ilə bağlı tədbir keçirilib. 

“Tehsil365" xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib və ölkəmizdə gənclər siyasəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycanda gənc nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və ölkə həyatında fəal iştirakı üçün dövlət səviyyəsində davamlı addımlar atıldığını vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan bu əlamətdar günün gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymət olduğunu deyən rektor gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini önə çəkib.  Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ölkədə gənclərlə düzgün, sistemli iş aparıldığını, müstəqillik dövründə milli ruhda tərbiyə almış, bilikli gənc nəslin yetişdiyini bütün dünyaya isbatlayıb. 

Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun gerçəkləşdirildiyini söyləyən rektor istedadlı gənclərin yüksək təhsil alması, sosial müdafiəsinin gücləndirilməsi, eləcə də gənc elmi kadrların hazırlanması üçün ardıcıl işlərin görüldüyünü bildirib. Bu sırada gənclərin xarici ölkələrdə təhsil üzrə ayrı-ayrı dövlət proqramlarını, Prezident Mükafatını, bir sıra təqaüdlərin təsis olunmasını, həmçinin istedadlı gənclərin elm və müasir texnologiyalara marağının artırılmasını nəzərdə tutan layihələri sadalayan Yaqub Piriyev bütün bunların gəncliyin formalaşmasında, onların problemlərinin həllində, öz qabiliyyətlərini inkişaf etdirmələrindəki xüsusi roluna diqqət çəkib. Eyni zamanda BMU tələbələrini bu geniş imkanlardan yararlanmağa çağırıb. 

BMU-da gənclərin yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, şəxsiyyət kimi formalaşması, həmçinin qlobal rəqabətə cavab verən kadrlar kimi yetişməsi istiqamətində davamlı işlərin görüldüyünü dilə gətirən rektor ali məktəbin Çin və Cənubi Koreya universitetləri ilə həyata keçirdiyi ikili diplom proqramlarını xatırladıb, bu proqramlarda təhsili gənclər üçün mühüm fürsət kimi dəyərləndirib. Çıxışının sonunda sağlam düşüncəli, nümunəvi, savadlı gəncliyi ölkəmizin dəyərli mənəvi xəzinəsi adlandıran Yaqub Piriyev Gənclər Günü münasibətilə təbriklərini çatdırıb.   

Sonra BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Hüseynov, Tələbə Gənclər Təşkilatının sədri Məryəm Alıyeva, Tələbə Elmi Cəmiyyətinin sədri Aysu Cəbrayılova, YENİ Klub-un sədri İlqar Sarıyev çıxış ediblər. Çıxışlarda dövlətin yeni nəslin inkişafına, hərtərəfli formalaşmasına göstərdiyi diqqət sayəsində gənclərin cəmiyyətimizdəki rolunun artması, onların təhsil və karyera imkanlarının genişlənməsi xüsusi vurğulanıb. Bu siyasətin gəncləri təkcə öyrənməyə deyil, eyni zamanda ictimai həyatda fəal, təşəbbüskar və cəmiyyətdə müsbət örnək olmağa ruhlandırdığı bildirilib. Qeyd olunub ki, Vətən müharibəsində əldə edilən Zəfər gənclərin cəsurluğu, vətən sevgisi ilə qazanılıb və onların ucaldığı şəhidlik mərtəbəsi gələcək nəsillər üçün fədakarlıq nümunəsi yaradıb. Çıxışlarda, habelə son illərdə əldə edilən nailiyyətlərə, tələbələrin elmi fəaliyyətinə, yerli və beynəlxalq yarışlardakı uğurlarına toxunulub.

Səmimi atmosferdə davam edən görüşdə tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.  

Sonda təhsildə və universitetin sosial-ictimai həyatında fərqlənən tələbələrə Fəxri fərmanlar təqdim olunub. 

Aydan Ələkbərova

Xəbər Lenti

Sabirabadın Qalaqayın kəndində yeni məktəb binasının tikintisi başa çatıb - FOTO02.02.2026 - 12:49
AMEA-da Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək02.02.2026 - 12:37
Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi02.02.2026 - 12:25
Firudin Qurbanov Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimində iştirak edib - FOTO02.02.2026 - 12:12
DİM ictimaiyyət üçün açıq görüşləri davam etdirir02.02.2026 - 11:56
BSU-nun rektoru Türkiyəyə işgüzar səfər edib - FOTOLAR02.02.2026 - 11:44
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib02.02.2026 - 11:32
Mustafa Aşurovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin yubiley tədbiri keçiriləcək - FOTO02.02.2026 - 11:21
Gənclər Kitabxanasında Gənclər Günü münasibətilə silsilə materiallar hazırlanıb02.02.2026 - 11:10
“Mənim şəhər dünyam” adlı beynəlxalq fotomüsabiqə elan olunub - FOTO02.02.2026 - 10:59
BDU-da payız semestrinin imtahan sessiyası başa çatıb02.02.2026 - 10:47
DİM-in müəllif, ekspert və marker kurslarına qeydiyyat müddəti uzadılıb02.02.2026 - 10:35
Bəxtiyar Vahabzadənin sovet dövrü yaradıcılığı haqqında monoqrafiya təqdim edilib - FOTO02.02.2026 - 10:23
2026–2027-ci tədris ili üçün dərslik layihələri ictimai müzakirəyə çıxarılıb02.02.2026 - 10:11
“Rəqəmsal məktəb”: valideyn- məktəb əməkdaşlığında yeni imkan02.02.2026 - 09:38
BSU-da iki müəllimin məqaləsi Scopus indeksli jurnalda dərc olundu02.02.2026 - 09:27
RFO-nun nəticələri elan EDİLİB02.02.2026 - 09:16
Sabah hava necə olacaq? 02.02.2026 - 09:04
Elm və Təhsil Naziri paylaşım edib02.02.2026 - 08:50
BMU-da 9-cu BoostCamp layihəsinə start verilib - FOTO02.02.2026 - 08:40
İstanbulda təhsil xərcləri sürətlə artır02.02.2026 - 08:30
Firudin Qurbanov: "İnnovativ düşüncə bu gün Azərbaycan gəncləri üçün əsas çağırışdır" 02.02.2026 - 08:20
BDU-nun tələbəsi faciəli şəkildə vəfat edib02.02.2026 - 08:10
DİM Könüllülük Layihəsi gəncləri təbrik edib02.02.2026 - 07:59
Prezident İlham Əliyev: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır”02.02.2026 - 07:48
Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılıb - FOTO02.02.2026 - 07:36
Milli Kitabxanada Gənclər Gününə həsr olunmuş sərgi istifadəçilərə təqdim olunub02.02.2026 - 07:24
Kimya İnstitutunun əməkdaşları "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi ilə görüş keçirib - FOTO02.02.2026 - 07:13
AMEA-da Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı müzakirələr aparılıb02.02.2026 - 07:02
AHİK gənclər gününə həsr olunmuş “Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirib02.02.2026 - 06:50
Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir02.02.2026 - 06:40
“Sizlər dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz”02.02.2026 - 06:30
Azərbaycan gəncliyi - Dövlət siyasətinin əsas prioriteti02.02.2026 - 06:20
Mehriban Əliyeva paylaşım edib02.02.2026 - 06:10
Prezidentdən Gənclər Günü ilə bağlı - Paylaşım02.02.2026 - 05:55
12 yaşlı uşaq dəm qazından boğularaq ölüb02.02.2026 - 05:45
Məktəblərdə qış tətili başa çatdı02.02.2026 - 05:33
Bu gün hava necə olacaq? 02.02.2026 - 05:21
2 Fevral - Azərbaycan Gəncləri Günüdür02.02.2026 - 05:11
Cəlilabadda baltalanan yeniyetmələrdən biri öldü02.02.2026 - 04:59
Bu gün hava necə olacaq? 01.02.2026 - 05:23
Gizir Fariz Şıxəliyevin qəhrəmanlığı “Şəhidin səsi” proqramında xatırlanacaq - VİDEO01.02.2026 - 05:11
1 fevral – şəhid XTQ zabiti Elton Qənbərlinin doğum günüdür01.02.2026 - 04:59
Şagirdi döyən direktora cinayət işi açıldı31.01.2026 - 17:00
Paytaxtda elektron qaydada eksternat imtahanları keçirilib - FOTO31.01.2026 - 14:30
Azərbaycan opera kollektivi dünya səhnəsində31.01.2026 - 14:02
“Yüksəliş”in qalibləri ilə silsilə görüşlər başlayıb31.01.2026 - 13:25