Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, həmçinin onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.
“Tehsil365” xəbər verir ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.
Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini saytdakı xüsusi bölmə və ya [email protected] elektron poçt ünvanı vasitəsilə göndərməyə dəvət edib.

