Təhsil 365 - Logo Mobile

DİM-in müəllif, ekspert və marker kurslarına qeydiyyat müddəti uzadılıb

8902.02.2026 - 10:35
DİM-in müəllif, ekspert və marker kurslarına qeydiyyat müddəti uzadılıb

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat müddəti uzadılıb.

DİM-dən “Tehsil365"ə bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrantlar iştirak edə bilərlər.

Kurslarda iştirak etmək üçün qeydiyyat martın 30-u saat 23:59-dək uzadılıb.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün “Elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.

Qeyd edək ki, hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər +994 12 310 53 16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri ilə keçiddə tanış ola bilərsiniz.

Aydan Ələkbərova

Xəbər Lenti

AMEA-da Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək02.02.2026 - 12:37
Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi02.02.2026 - 12:25
Firudin Qurbanov Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimində iştirak edib - FOTO02.02.2026 - 12:12
DİM ictimaiyyət üçün açıq görüşləri davam etdirir02.02.2026 - 11:56
BSU-nun rektoru Türkiyəyə işgüzar səfər edib - FOTOLAR02.02.2026 - 11:44
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib02.02.2026 - 11:32
Mustafa Aşurovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin yubiley tədbiri keçiriləcək - FOTO02.02.2026 - 11:21
Gənclər Kitabxanasında Gənclər Günü münasibətilə silsilə materiallar hazırlanıb02.02.2026 - 11:10
“Mənim şəhər dünyam” adlı beynəlxalq fotomüsabiqə elan olunub - FOTO02.02.2026 - 10:59
BDU-da payız semestrinin imtahan sessiyası başa çatıb02.02.2026 - 10:47
Bəxtiyar Vahabzadənin sovet dövrü yaradıcılığı haqqında monoqrafiya təqdim edilib - FOTO02.02.2026 - 10:23
2026–2027-ci tədris ili üçün dərslik layihələri ictimai müzakirəyə çıxarılıb02.02.2026 - 10:11
BMU-da Gənclər Günü qeyd olunub - FOTO02.02.2026 - 09:51
“Rəqəmsal məktəb”: valideyn- məktəb əməkdaşlığında yeni imkan02.02.2026 - 09:38
BSU-da iki müəllimin məqaləsi Scopus indeksli jurnalda dərc olundu02.02.2026 - 09:27
RFO-nun nəticələri elan EDİLİB02.02.2026 - 09:16
Sabah hava necə olacaq? 02.02.2026 - 09:04
Elm və Təhsil Naziri paylaşım edib02.02.2026 - 08:50
BMU-da 9-cu BoostCamp layihəsinə start verilib - FOTO02.02.2026 - 08:40
İstanbulda təhsil xərcləri sürətlə artır02.02.2026 - 08:30
Firudin Qurbanov: "İnnovativ düşüncə bu gün Azərbaycan gəncləri üçün əsas çağırışdır" 02.02.2026 - 08:20
BDU-nun tələbəsi faciəli şəkildə vəfat edib02.02.2026 - 08:10
DİM Könüllülük Layihəsi gəncləri təbrik edib02.02.2026 - 07:59
Prezident İlham Əliyev: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır”02.02.2026 - 07:48
Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılıb - FOTO02.02.2026 - 07:36
Milli Kitabxanada Gənclər Gününə həsr olunmuş sərgi istifadəçilərə təqdim olunub02.02.2026 - 07:24
Kimya İnstitutunun əməkdaşları "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi ilə görüş keçirib - FOTO02.02.2026 - 07:13
AMEA-da Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı müzakirələr aparılıb02.02.2026 - 07:02
AHİK gənclər gününə həsr olunmuş “Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirib02.02.2026 - 06:50
Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir02.02.2026 - 06:40
“Sizlər dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz”02.02.2026 - 06:30
Azərbaycan gəncliyi - Dövlət siyasətinin əsas prioriteti02.02.2026 - 06:20
Mehriban Əliyeva paylaşım edib02.02.2026 - 06:10
Prezidentdən Gənclər Günü ilə bağlı - Paylaşım02.02.2026 - 05:55
12 yaşlı uşaq dəm qazından boğularaq ölüb02.02.2026 - 05:45
Məktəblərdə qış tətili başa çatdı02.02.2026 - 05:33
Bu gün hava necə olacaq? 02.02.2026 - 05:21
2 Fevral - Azərbaycan Gəncləri Günüdür02.02.2026 - 05:11
Cəlilabadda baltalanan yeniyetmələrdən biri öldü02.02.2026 - 04:59
Bu gün hava necə olacaq? 01.02.2026 - 05:23
Gizir Fariz Şıxəliyevin qəhrəmanlığı “Şəhidin səsi” proqramında xatırlanacaq - VİDEO01.02.2026 - 05:11
1 fevral – şəhid XTQ zabiti Elton Qənbərlinin doğum günüdür01.02.2026 - 04:59
Şagirdi döyən direktora cinayət işi açıldı31.01.2026 - 17:00
Paytaxtda elektron qaydada eksternat imtahanları keçirilib - FOTO31.01.2026 - 14:30
Azərbaycan opera kollektivi dünya səhnəsində31.01.2026 - 14:02
“Yüksəliş”in qalibləri ilə silsilə görüşlər başlayıb31.01.2026 - 13:25
"Elmə həsr olunmuş ömür": Dünyaşöhrətli alim Lütfi Zadə yad edilib - FOTO31.01.2026 - 12:35