Təhsil 365 - Logo Mobile

Bu gün görkəmli publisist və ictimai xadim Ceyhun Hacıbəylinin doğum günüdür

10103.02.2026 - 05:11
Bu gün görkəmli publisist və ictimai xadim Ceyhun Hacıbəylinin doğum günüdür

Bu gün — 3 fevral görkəmli publisist, ədəbiyyatşünas və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin doğum günüdür.

“Tehsil365” xəbər verir ki, Ceyhun Hacıbəyli 3 fevral 1891-ci ildə Şuşa şəhərində anadan olub. O, böyük bəstəkar Üzeyir Hacıbəyovun kiçik qardaşıdır. İlk təhsilini Şuşada, orta təhsilini Bakıda alan Ceyhun Hacıbəyli daha sonra Peterburq və Sorbonna universitetlərində ali təhsil alıb.

Gənclik illərində musiqi və teatrla maraqlanan Ceyhun Hacıbəyli sonralar əsas fəaliyyətini ədəbiyyat və publisistikaya yönəldib. Parisdə yaşadığı dövrdə “Revyu de Monde musulman” jurnalında Azərbaycan türklərinin mədəniyyəti ilə bağlı mütəmadi məqalələrlə çıxış edib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya qayıdan Ceyhun Hacıbəyli rusdilli “Azərbaycan” qəzetinin redaktoru olub. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Versal Sülh Konfransında iştirak etmək üçün Parisə gedib. Orada “Azərbaycan – ilk müsəlman Respublikası” kitabını nəşr etdirib, həmçinin “Revyu de Monde musulman” jurnalında Andranikin başçılıq etdiyi erməni millətçi-şovinist dəstələrinin Azərbaycanda törətdiyi qırğınlar və 30 min dinc sakinin qətlə yetirilməsi haqqında geniş məqalə ilə çıxış edib.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Parisdə qalan Ceyhun Hacıbəyli Fransada Azərbaycan musiqisini, incəsənətini və ədəbiyyatını təbliğ edib. Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını fransız dilinə tərcümə edərək səhnələşdirilməsində iştirak edib. Azərbaycan teatrı, ədəbiyyatı, Hüseyn Cavid və Cəfər Cabbarlı haqqında silsilə məqalələr yazıb.

O, 1928-ci ildə “Aziatik” jurnalında Abbasqulu ağa Bakıxanov haqqında, 1933-cü ildə isə “Aziatik-revyu” jurnalında bu gün də elmi əhəmiyyətini qoruyan “Qarabağ azərbaycanlılarının dialekti” adlı məqaləsini dərc etdirib. 1964-cü ildə fransız şərqşünasları ilə birgə “Rusiyada 1920-ci ilədək müsəlman nəşriyyat işinin tarixi” monoqrafiyasının hazırlanmasında iştirak edib.

Ceyhun Hacıbəyli Zöhrə Hacıqasımova-Hacıbəyli ilə ailə həyatı qurub. Onların Ceyhun və Timuçin adlı iki oğlu olub. Böyük oğlu II Dünya müharibəsində Fransa uğrunda gedən döyüşlərdə həlak olub. Kiçik oğlu Timuçin isə Fransada mühəndis kimi çalışıb.

Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə vəfat edib və Sen-Klu qəbiristanlığında dəfn olunub. Bakı şəhərində küçələrdən biri onun adını daşıyır. Onun zəngin irsinin böyük bir hissəsi Ramiz Abutalıbov tərəfindən Azərbaycana gətirilərək hazırda Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan Dillər Universitetində laborant vəzifəsi üzrə vakansiya elan olunub03.02.2026 - 13:30
BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğur qazanıblar03.02.2026 - 13:20
VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib03.02.2026 - 13:09
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır03.02.2026 - 12:56
Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR03.02.2026 - 12:43
Məktəblilər arasındakı dava ilə bağlı polisdən AÇIQLAMA03.02.2026 - 12:30
UNEC dosenti AQTA yanında İctimai Şuranın sədri seçilib03.02.2026 - 12:19
BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda03.02.2026 - 12:08
"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır03.02.2026 - 11:52
Şifahi sənət və yazılı ədəbiyyat münasibətləri: monoqrafik tədqiqat işığında03.02.2026 - 11:40
Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO03.02.2026 - 11:29
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qərbi Azərbaycanla bağlı materiallar toplayıblar - FOTO03.02.2026 - 11:18
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir03.02.2026 - 11:07
Sabah hava necə olacaq? 03.02.2026 - 10:51
“Şəhidin səsi” proqramının fevral buraxılışları Xocalı soyqırımına həsr olunacaq03.02.2026 - 10:39
“Ruh atası” filmi martda nümayiş olunacaq - FOTO03.02.2026 - 10:28
AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrinin sayı artıb - FOTO03.02.2026 - 10:20
Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib - FOTO03.02.2026 - 10:12
LDU-da dosent Arif İsmayılovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO03.02.2026 - 10:00
“Xaricdə yaşayan bəzi bloqer və tiktokerlər canlı yayımda insanları alçaldır”03.02.2026 - 09:49
Polad Həşimovun övladları ilə - Son FOTOSO03.02.2026 - 09:37
Bakıya üç gün qar yağacaq03.02.2026 - 09:25
Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi03.02.2026 - 09:13
Rusiyada məktəbə silahlı hücum olub03.02.2026 - 09:03
Azərbaycanın Gənclər Günü münasibətilə Özbəkistanda tədbir keçirilib - FOTO03.02.2026 - 08:50
Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni ssenari dərsliyi nəşr etdirib03.02.2026 - 08:40
BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş03.02.2026 - 08:30
Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək03.02.2026 - 08:20
DİA ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO03.02.2026 - 08:10
“BilBacar” müsabiqəsinin III hazırlıq mərhələsinə start verilib03.02.2026 - 07:57
Kollec rəhbərləri üçün təlimlərə başlanılıb - FOTO03.02.2026 - 07:45
BMU-da qış imtahan sessiyası başa çatıb03.02.2026 - 07:33
“Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” monoqrafiyası nəşr edilib03.02.2026 - 07:21
“Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu başlanıb03.02.2026 - 07:10
BDU-nun tələbələri təltif olunublar - FOTO03.02.2026 - 06:55
Səhər oyanmaqda çətinlik çəkənlər üçün səmərəli üsul03.02.2026 - 06:43
ADMIU tələbələri ADU-nun Elmi Kitabxana-İnformasiya Xidməti Mərkəzində könüllü fəaliyyət göstəriblər - FOTO03.02.2026 - 06:32
BDU rektoru Elçin Babayev UNCOPUOS-un 63-cü sessiyasında iştirak edir - FOTO03.02.2026 - 06:20
Ali və peşə təhsili sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı gücləndirilir - FOTO03.02.2026 - 06:10
Rusiyalı aktyor döyüşdə həlak oldu03.02.2026 - 05:57
Bu gün hava necə olacaq? 03.02.2026 - 05:45
Bu gün filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Esmira Fuadın doğum günüdür03.02.2026 - 05:34
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin doğum günüdür03.02.2026 - 05:21
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayevin doğum günüdür03.02.2026 - 04:58
Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb - FOTO02.02.2026 - 17:20
Gənclər Günü münasibətilə Akademik Milli Dram Teatrında tədbir keçirilib - FOTO02.02.2026 - 14:47
Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılacaq02.02.2026 - 14:35