"Səhər oyanmaqda çətinlik çəkənlər bədənlərini hər gün sabit bir vaxtda oyanmağa öyrədə bilərlər".
“Tehsil365" xəbər verir ki, bunu Rusiya mətbuatına həkim Roman Buzunov bildirib.
Onun sözlərinə görə, bu üsulla hətta zəngli saatdan istifadə etməyə ehtiyac qalmayacaq:
"İş günləri və ya həftəsonları olmasından asılı olmayaraq, iki həftə ərzində hər gün eyni vaxtda durun. Sonra zəngli saat çalınmazdan beş dəqiqə əvvəl özünüzü yaxşı yatmış kimi hiss edərək oyanacaqsınız".
Mütəxəssis vurğulayıb ki, ən azı yeddi saat yatmaq üçün yuxu vaxtınızı əvvəlcədən hesablamaq vacibdir.
Digər önəmli tövsiyə isə həddindən artıq yeməkdən çəkinməkdir. Spirtli içkilər və yüksəkkalorili qidalar bədəni həddindən artıq yükləyir, enerjini azaldır və rahat yuxuya mane olur.

