Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində yanvarın 5-dən başlayan imtahanlar başa çatıb.
Universitetdən “Tehsil365"ə bildirilib ki, fevralın 1-dək davam edən imtahanlarda şəffaflığın təmin edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin gözlənilməsi məqsədilə bütün zəruri tədbirlər gerçəkləşdirilib . Qərargah tərəfindən sessiyanın gedişinə operativ nəzarət olunub. Sessiya müddətində fəaliyyət göstərən Apellyasiya Komissiyasına daxil olan müraciətlər araşdırılaraq müvafiq qərarlar verilib.
Sessiyada üzrlü səbəbdən iştirak edə bilməyən tələbələrə imtahanlarını vermələri üçün vaxtaşırı şərait yaradılıb.
Bütövlükdə imtahanlar yüksək fəallıq şəraitində keçib və uğurla başa çatıb.
BMU-da qiyabi təhsilalma forması üzrə imtahanlar isə fevralın 10-da başlayacaq və bir həftə müddətində keçiriləcək.

