Bu gündən etibarən “BilBacar” müsabiqəsinin III “Hazırlıq” mərhələsi aktivdir.
Təhsil İnstitutundan “Tehsil365"ə bildirilib ki, şagirdlər öz hesablarına daxil olaraq “Hazırlıq” bölməsi üzrə təqdim olunan sualları cavablandıra bilərlər.
Şagirdlər iki mətn (bədii və informativ) üzrə müxtəlif tipli sualları cavablandıracaqlar. Hazırlıq mərhələsi şagirdlərin “Yarış”a hazırlaşması məqsədini daşıyır.
“BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlamaq, təhlil və nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

