Təhsil 365 - Logo Mobile

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib - FOTO

6903.02.2026 - 10:12
Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib - FOTO

Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib. Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib.

Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib.

Hadisə yerində püskürmənin miqyasını qiymətləndirmək məqsədilə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları – baş elmi işçi, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, həmçinin mühəndislər Elmar Səmədov və Orxan Mehdiyev tədqiqatlar aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən olunub ki, püskürmənin aktiv fazası qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi yaranıb.

Tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən olunub ki, yer səthinə atılan palçığın orta qalınlığı təxminən 0,9 metr, ümumi yayılma sahəsi isə 14 hektar təşkil edir. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 kubmetr həcmində qiymətləndirilir. Püskürmə hadisəsi vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət olunub, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar formalaşıb.

Bu hadisə Durandağ vulkanının 7-ci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş verib.

Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə, püskürmə nəticəsində yer səthinə çıxarılan süxur nümunələrinin laborator şəraitdə analitik tədqiqatları aparılır.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan Dillər Universitetində laborant vəzifəsi üzrə vakansiya elan olunub03.02.2026 - 13:30
BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğur qazanıblar03.02.2026 - 13:20
VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib03.02.2026 - 13:09
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır03.02.2026 - 12:56
Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR03.02.2026 - 12:43
Məktəblilər arasındakı dava ilə bağlı polisdən AÇIQLAMA03.02.2026 - 12:30
UNEC dosenti AQTA yanında İctimai Şuranın sədri seçilib03.02.2026 - 12:19
BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda03.02.2026 - 12:08
"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır03.02.2026 - 11:52
Şifahi sənət və yazılı ədəbiyyat münasibətləri: monoqrafik tədqiqat işığında03.02.2026 - 11:40
Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO03.02.2026 - 11:29
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qərbi Azərbaycanla bağlı materiallar toplayıblar - FOTO03.02.2026 - 11:18
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir03.02.2026 - 11:07
Sabah hava necə olacaq? 03.02.2026 - 10:51
“Şəhidin səsi” proqramının fevral buraxılışları Xocalı soyqırımına həsr olunacaq03.02.2026 - 10:39
“Ruh atası” filmi martda nümayiş olunacaq - FOTO03.02.2026 - 10:28
AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrinin sayı artıb - FOTO03.02.2026 - 10:20
LDU-da dosent Arif İsmayılovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO03.02.2026 - 10:00
“Xaricdə yaşayan bəzi bloqer və tiktokerlər canlı yayımda insanları alçaldır”03.02.2026 - 09:49
Polad Həşimovun övladları ilə - Son FOTOSO03.02.2026 - 09:37
Bakıya üç gün qar yağacaq03.02.2026 - 09:25
Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi03.02.2026 - 09:13
Rusiyada məktəbə silahlı hücum olub03.02.2026 - 09:03
Azərbaycanın Gənclər Günü münasibətilə Özbəkistanda tədbir keçirilib - FOTO03.02.2026 - 08:50
Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni ssenari dərsliyi nəşr etdirib03.02.2026 - 08:40
BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş03.02.2026 - 08:30
Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək03.02.2026 - 08:20
DİA ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO03.02.2026 - 08:10
“BilBacar” müsabiqəsinin III hazırlıq mərhələsinə start verilib03.02.2026 - 07:57
Kollec rəhbərləri üçün təlimlərə başlanılıb - FOTO03.02.2026 - 07:45
BMU-da qış imtahan sessiyası başa çatıb03.02.2026 - 07:33
“Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” monoqrafiyası nəşr edilib03.02.2026 - 07:21
“Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu başlanıb03.02.2026 - 07:10
BDU-nun tələbələri təltif olunublar - FOTO03.02.2026 - 06:55
Səhər oyanmaqda çətinlik çəkənlər üçün səmərəli üsul03.02.2026 - 06:43
ADMIU tələbələri ADU-nun Elmi Kitabxana-İnformasiya Xidməti Mərkəzində könüllü fəaliyyət göstəriblər - FOTO03.02.2026 - 06:32
BDU rektoru Elçin Babayev UNCOPUOS-un 63-cü sessiyasında iştirak edir - FOTO03.02.2026 - 06:20
Ali və peşə təhsili sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı gücləndirilir - FOTO03.02.2026 - 06:10
Rusiyalı aktyor döyüşdə həlak oldu03.02.2026 - 05:57
Bu gün hava necə olacaq? 03.02.2026 - 05:45
Bu gün filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Esmira Fuadın doğum günüdür03.02.2026 - 05:34
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin doğum günüdür03.02.2026 - 05:21
Bu gün görkəmli publisist və ictimai xadim Ceyhun Hacıbəylinin doğum günüdür03.02.2026 - 05:11
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayevin doğum günüdür03.02.2026 - 04:58
Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb - FOTO02.02.2026 - 17:20
Gənclər Günü münasibətilə Akademik Milli Dram Teatrında tədbir keçirilib - FOTO02.02.2026 - 14:47
Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılacaq02.02.2026 - 14:35