Lerik rayonunda “Ruh atası” adlı yeni tammetrajlı bədii filmin çəkilişləri aparılır.
“Tehsil365" xəbər verir ki, rejissor İlham Yaşaroğlunun ekranlaşdırdığı film martın 7 -dən etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Filmin istehsalı “3İ Cinema” tərəfindən həyata keçirilib.
Ekran işinin hekayəsi istirahət mərkəzində mühafizəçi işləyən Nəsirin ətrafında cərəyan edir. Nəsir mərkəzin bağlı olmasından istifadə edərək özünü varlı bacanağı kimi göstərmək və qohumlarını istirahət mərkəzinə dəvət etmək qərarına gəlir. Lakin dəvət edilənlərlə yanaşı, çağırılmamış bir qonağın da mərkəzə gəlməsi hadisələrin gedişatını dəyişir.
Ekran əsərinin ssenari müəllifləri Tərlan Nur Yaşar, Elnur Hüseynov, Elvin Paşa və Ramin Hacıyevdir. Filmin operatoru Emin Hüseynov, rəssamı Vüsal Hüseynov, prodüseri Məcid Hüseynov, set şefi isə Amil Alidir. Texniki dəstək “Alioglu Media Group” tərəfindən təmin edilib.
Filmdə Məcid Hüseynov, Tərlan Nur Yaşar, Nuranə Həmidova, Səadət Abbasova, Elnur Hüseynov, Mələk Hacıyeva, Aqil M. Quliyev, Ceyhun Məmmədov və Rəsmiyyə Nur rol alıb.

