Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında (RFO) uğurla iştirak edirlər.
Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, liseydən olimpiadalara qatılan 214 şagirddən 92 nəfəri müsabiqənin rayon (şəhər) mərhələsində yüksək nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazanıb.
Uğur qazanan şagirdlərdən 17-si Azərbaycan dili, 2-si biologiya, 5-i coğrafiya, 6-sı fizika, 11-i kimya, 36-sı riyaziyyat, 3-ü tarix və 12-si informatika fənləri üzrə olimpiadalarda iştirak edir.

