Təhsil 365 - Logo Mobile

ADU-da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub - FOTOLAR

7103.02.2026 - 14:10
ADU-da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub - FOTOLAR

Fevralın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Özbəkistan Dövlət Cahan Dillər Universitetinin Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub.

"Tehsil365" xəbər verir ki, açılış mərasimində Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistan Dövlət Cahan Dillər Universitetinin rektoru İlxomjon Tuxtasinov, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Eldar İbrahimov və digər şəxslər iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib, yeni açılan mərkəzin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri ölkələr arasında elm, təhsil, mədəni əlaqələrin qurulmasında mühüm rol oynayır. Bu mərkəzlərin hər birində Azərbaycan dili tədris olunur, milli mədəniyyətimiz təbliğ olunur, müasir Azərbaycan həqiqətləri dünyaya çatdırılır. ADU beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaqda davam edir və bu baxımdan, ötən il Özbəkistan Dövlət Cahan Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı xüsusi əhəmiyyət kəsb edir.

“Bu gün isə universitetimizin həyatında əlamətdar bir gündür. Bu gün Azərbaycan Dillər Universitetində Özbək dili və Ədəbiyyatı Mərkəzi açılır. Hər bir azərbaycanlının qəlbində Özbəkistanın tarixinə, mədəniyyətinə böyük sevgi var. İnanıram ki, bizim tələbə və müəllimlərimiz bu mərkəzin daimi üzvləri olacaq və mərkəz onların Özbəkistana olan sevgisini bir az da artıracaq” - deyən akademik Kamal Abdulla əminliklə bildirib ki, Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcəkdir.

Özbəkistan Dövlət Cahan Dillər Universitetinin rektoru İlxomjon Tuxtasinov çıxışında ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını bildirib. Qeyd olunub ki, ADU-da Özbək dili və Mədəniyyəti Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi və təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcək. Burada gənc tələbələr və müəllimlər özbək dili öyrənmək, mədəniyyətilə tanış olmaq imkanı qazanacaqlar.

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxışında rektora təşəkkürünü bildirib, gələcəkdə Azərbaycan və Özbəkistan arasında olan dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb: “Göstərdiyiniz diqqətə və səmimi görüşə görə sizə öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq, onların tədqiqat işlərinə öz töhfəsini verəcək”.

Millət vəkili Eldar İbrahimov Azərbaycan və Özbəkistan arasında elmi, mədəni, təhsil və siyasi əməkdaşlığın inkişafında bu mərkəzin əhəmiyyətli rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, Cahan Dillər Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq davam edir. Bu il ADU-nun bir neçə tələbəsi öz təhsilini Cahan Dillər Universitetində doktorantura pilləsində davam etdirəcəklər.







Aydan Ələkbərova

Xəbər Lenti

Bakıya qonaq gələn tələbə itkin düşdü03.02.2026 - 19:41
Naxçıvanda şahmat birinciliyinə start verilib03.02.2026 - 19:35
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb03.02.2026 - 19:21
Xəzər Universitetində Aşıq Ramin Qarayevin “Sazımda – Avazımda” solo konserti keçirilib03.02.2026 - 19:10
Dos. Telman Nüsrətoğlu İranın geosiyasi vəziyyətini televiziya proqramlarında təhlil edib03.02.2026 - 18:59
“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğu keçirilir03.02.2026 - 18:47
ADU-nun Təhsil fakültəsinin dekanı Firuzə Rzayeva elmlər doktoru elmi dərəcəsinə layiq görülüb03.02.2026 - 18:29
Türk Dünyası Araşdırmaları Mərkəzi yeni layihələr hazırlayıb03.02.2026 - 18:15
Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyası yekunlaşıb - FOTO03.02.2026 - 18:09
Naxçıvan Dövlət Universitetində Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd olunub - FOTO03.02.2026 - 17:50
Bu kollecə yeni direktor təyin edilib 03.02.2026 - 17:39
Nazir kollec direktorunu işdən çıxardı - FOTO03.02.2026 - 17:24
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradıldı - FOTOLAR03.02.2026 - 17:11
67 illik karyerası ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü03.02.2026 - 16:51
BANM-də SOCAR və “Honeywell” şirkətinin Əməliyyat Texnologiyaları Akademiyası açıldı - FOTOLAR03.02.2026 - 16:38
Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO03.02.2026 - 16:26
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib - FOTO03.02.2026 - 16:02
MEK-də növbəti könüllülük proqramı başa çatıb - FOTO03.02.2026 - 15:49
Doktorantlar üçün növbəti seminar keçirilib - FOTO03.02.2026 - 15:38
BANM beynəlxalq əmək bazarı üçün kadr hazırlığını genişləndirir03.02.2026 - 15:25
Bu qədər təhsil işçisi sanatoriya və istirahət imkanlarından yararlanıb03.02.2026 - 15:13
MDU əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO03.02.2026 - 14:57
Elm və təhsil nazirinin müavini İsraildə səfərdədir03.02.2026 - 14:45
Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb03.02.2026 - 14:33
ADU ilə Cənubi Koreyanın Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO03.02.2026 - 14:20
Respublika Uşaq Kitabxanasında Gənclər Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTO03.02.2026 - 13:54
ADU-nun müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib03.02.2026 - 13:40
Azərbaycan Dillər Universitetində laborant vəzifəsi üzrə vakansiya elan olunub03.02.2026 - 13:30
BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğur qazanıblar03.02.2026 - 13:20
VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib03.02.2026 - 13:09
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır03.02.2026 - 12:56
Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR03.02.2026 - 12:43
Məktəblilər arasındakı dava ilə bağlı polisdən AÇIQLAMA03.02.2026 - 12:30
UNEC dosenti AQTA yanında İctimai Şuranın sədri seçilib03.02.2026 - 12:19
BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda03.02.2026 - 12:08
"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır03.02.2026 - 11:52
Şifahi sənət və yazılı ədəbiyyat münasibətləri: monoqrafik tədqiqat işığında03.02.2026 - 11:40
Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO03.02.2026 - 11:29
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qərbi Azərbaycanla bağlı materiallar toplayıblar - FOTO03.02.2026 - 11:18
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir03.02.2026 - 11:07
Sabah hava necə olacaq? 03.02.2026 - 10:51
“Şəhidin səsi” proqramının fevral buraxılışları Xocalı soyqırımına həsr olunacaq03.02.2026 - 10:39
“Ruh atası” filmi martda nümayiş olunacaq - FOTO03.02.2026 - 10:28
AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrinin sayı artıb - FOTO03.02.2026 - 10:20
Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib - FOTO03.02.2026 - 10:12
LDU-da dosent Arif İsmayılovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO03.02.2026 - 10:00
“Xaricdə yaşayan bəzi bloqer və tiktokerlər canlı yayımda insanları alçaldır”03.02.2026 - 09:49