Təhsil 365 - Logo Mobile

MDU əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO

9103.02.2026 - 14:57
MDU əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO

2026-cı il 3 fevral tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada olub.

“Tehsil365" xəbər verir ki, görüş çərçivəsində Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti MDU-nun nümayəndə heyətini qəbul edib. Görüş zamanı ali təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat və analitik fəaliyyətlərin genişləndirilməsi, eləcə də gənclərin praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Anar Eminov əməkdaşlığın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu Memorandum universitetin elmi potensialının əmək bazarının real tələbləri ilə uzlaşdırılmasına, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, region üzrə sosial-iqtisadi proseslərin elmi əsaslarla təhlilinə mühüm töhfə verəcək. Rektor qeyd edib ki, Milli Observatoriya ilə qurulan bu əməkdaşlıq MDU-nun təhsil, tədqiqat və innovasiya fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradacaq.

Elnur Səfərli çıxışında vurğulayıb ki, ali təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarının monitorinqi, sosial rifah göstəricilərinin təhlili və məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, MDU ilə birgə həyata keçiriləcək tədqiqat, monitorinq və təlim fəaliyyətlərinin həm gənclərin karyera inkişafına, həm də regional əmək bazarının daha dərindən öyrənilməsinə xidmət edəcəyini bildirib.

Görüşün sonunda Mingəçevir Dövlət Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əmək bazarı, sosial müdafiə, elmi-tədqiqat, təlim və analitik fəaliyyət sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi əmək bazarı və sosial müdafiə sahələrində elmi-tədqiqat, monitorinq, analitik və proqnozlaşdırma fəaliyyətlərinin birgə həyata keçirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, region üzrə məşğulluq və sosial rifah göstəricilərinin araşdırılması, həmçinin hər iki qurumun institusional potensialının gücləndirilməsidir.

Sənəddə əməkdaşlığın əsas istiqamətləri kimi elmi-tədqiqat və analitika, monitorinq və sorğu fəaliyyətləri, təcrübə və karyera inkişafı, təlim və innovasiya, eləcə də strateji əməkdaşlıq və layihələrin icrası müəyyənləşdirilib. Bununla yanaşı, Memorandumdan irəli gələn vəzifələrin icrasını təmin etmək əqsədilə Mingəçevir Dövlət Universiteti ilə Milli Observatoriya arasında 2026-cı ilçün Birgə Tədbirlər Planı da imzalanıb. Birgə Tədbirlər Planı çərçivəsində təlim və mühazirələrin təşkili, tələbələr üçün infotur və təcrübə proqramlarının həyata keçirilməsi, birgə seminar və dəyirmi masaların keçirilməsi, eləcə də görülən işlərin ictimaiyyətə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, imzalanmış sənədlər tərəflər arasında uzunmüddətli və sistemli əməkdaşlıq üçün hüquqi və institusional zəmin yaratmaqla, təhsil–əmək bazarı əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.




Aydan Ələkbərova

Xəbər Lenti

Bakıya qonaq gələn tələbə itkin düşdü03.02.2026 - 19:41
Naxçıvanda şahmat birinciliyinə start verilib03.02.2026 - 19:35
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb03.02.2026 - 19:21
Xəzər Universitetində Aşıq Ramin Qarayevin “Sazımda – Avazımda” solo konserti keçirilib03.02.2026 - 19:10
Dos. Telman Nüsrətoğlu İranın geosiyasi vəziyyətini televiziya proqramlarında təhlil edib03.02.2026 - 18:59
“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğu keçirilir03.02.2026 - 18:47
ADU-nun Təhsil fakültəsinin dekanı Firuzə Rzayeva elmlər doktoru elmi dərəcəsinə layiq görülüb03.02.2026 - 18:29
Türk Dünyası Araşdırmaları Mərkəzi yeni layihələr hazırlayıb03.02.2026 - 18:15
Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyası yekunlaşıb - FOTO03.02.2026 - 18:09
Naxçıvan Dövlət Universitetində Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd olunub - FOTO03.02.2026 - 17:50
Bu kollecə yeni direktor təyin edilib 03.02.2026 - 17:39
Nazir kollec direktorunu işdən çıxardı - FOTO03.02.2026 - 17:24
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradıldı - FOTOLAR03.02.2026 - 17:11
67 illik karyerası ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü03.02.2026 - 16:51
BANM-də SOCAR və “Honeywell” şirkətinin Əməliyyat Texnologiyaları Akademiyası açıldı - FOTOLAR03.02.2026 - 16:38
Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO03.02.2026 - 16:26
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib - FOTO03.02.2026 - 16:02
MEK-də növbəti könüllülük proqramı başa çatıb - FOTO03.02.2026 - 15:49
Doktorantlar üçün növbəti seminar keçirilib - FOTO03.02.2026 - 15:38
BANM beynəlxalq əmək bazarı üçün kadr hazırlığını genişləndirir03.02.2026 - 15:25
Bu qədər təhsil işçisi sanatoriya və istirahət imkanlarından yararlanıb03.02.2026 - 15:13
Elm və təhsil nazirinin müavini İsraildə səfərdədir03.02.2026 - 14:45
Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb03.02.2026 - 14:33
ADU ilə Cənubi Koreyanın Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO03.02.2026 - 14:20
ADU-da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub - FOTOLAR03.02.2026 - 14:10
Respublika Uşaq Kitabxanasında Gənclər Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTO03.02.2026 - 13:54
ADU-nun müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib03.02.2026 - 13:40
Azərbaycan Dillər Universitetində laborant vəzifəsi üzrə vakansiya elan olunub03.02.2026 - 13:30
BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğur qazanıblar03.02.2026 - 13:20
VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib03.02.2026 - 13:09
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır03.02.2026 - 12:56
Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR03.02.2026 - 12:43
Məktəblilər arasındakı dava ilə bağlı polisdən AÇIQLAMA03.02.2026 - 12:30
UNEC dosenti AQTA yanında İctimai Şuranın sədri seçilib03.02.2026 - 12:19
BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda03.02.2026 - 12:08
"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır03.02.2026 - 11:52
Şifahi sənət və yazılı ədəbiyyat münasibətləri: monoqrafik tədqiqat işığında03.02.2026 - 11:40
Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO03.02.2026 - 11:29
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qərbi Azərbaycanla bağlı materiallar toplayıblar - FOTO03.02.2026 - 11:18
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir03.02.2026 - 11:07
Sabah hava necə olacaq? 03.02.2026 - 10:51
“Şəhidin səsi” proqramının fevral buraxılışları Xocalı soyqırımına həsr olunacaq03.02.2026 - 10:39
“Ruh atası” filmi martda nümayiş olunacaq - FOTO03.02.2026 - 10:28
AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrinin sayı artıb - FOTO03.02.2026 - 10:20
Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib - FOTO03.02.2026 - 10:12
LDU-da dosent Arif İsmayılovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO03.02.2026 - 10:00
“Xaricdə yaşayan bəzi bloqer və tiktokerlər canlı yayımda insanları alçaldır”03.02.2026 - 09:49