Təhsil 365 - Logo Mobile

BANM-də SOCAR və “Honeywell” şirkətinin Əməliyyat Texnologiyaları Akademiyası açıldı - FOTOLAR

9203.02.2026 - 16:38
BANM-də SOCAR və “Honeywell” şirkətinin Əməliyyat Texnologiyaları Akademiyası açıldı - FOTOLAR

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) SOCAR və qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri təqdim edən qlobal texnologiya şirkəti “Honeywell” arasında birgə əməkdaşlıq çərçivəsində yaradılan Əməliyyat Texnologiyaları Akademiyasının açılış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov SOCAR rəhbərliyinin təşəbbüsü ilə yaradılan Akademiyanın SOCAR və müəssisələrindəki mütəxəssislər, o cümlədən BANM-in həm müəllim heyəti, həm də tələbələri üçün mühüm imkanlar yaradacağını vurğulayıb.

Elmar Qasımov əlavə edib ki, Əməliyyat Texnologiyaları Akademiyası gələcəkdə yalnız SOCAR və onun müəssisələri üçün deyil, eyni zamanda ölkənin müxtəlif şirkətlərində çalışan mütəxəssislər üçün də əvəzsiz təlim platforması rolunu oynayacaq.

SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva çıxışında Əməliyyat Texnologiyaları Akademiyasının SOCAR-ın insan kapitalının inkişafına yönəlmiş strateji təşəbbüslərindən biri olduğunu diqqətə çatdırıb. O, “Honeywell” şirkəti ilə qurulan bu əməkdaşlıq çərçivəsində Akademiyada yaradılmış müasir avadanlıqların yüksəkixtisaslı kadrların hazırlanmasına və onların zəngin praktiki təcrübə qazanmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Tədbir Akademiyanın fəaliyyəti və imkanlarını əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.

Daha sonra “Honeywell” şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə (META) regional prezidenti George Bou Mitri çıxış edərək qısa müddətdə yaradılan bu Akademiyanın strateji əhəmiyyət kəsb etdiyini və kadrların yetişdirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.  

Tədbirin sonunda iştirakçılar təlim alətləri və avadanlıqlarla tanış olublar.

Aydan Ələkbərova

Xəbər Lenti

Bakıya qonaq gələn tələbə itkin düşdü03.02.2026 - 19:41
Naxçıvanda şahmat birinciliyinə start verilib03.02.2026 - 19:35
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb03.02.2026 - 19:21
Xəzər Universitetində Aşıq Ramin Qarayevin “Sazımda – Avazımda” solo konserti keçirilib03.02.2026 - 19:10
Dos. Telman Nüsrətoğlu İranın geosiyasi vəziyyətini televiziya proqramlarında təhlil edib03.02.2026 - 18:59
“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğu keçirilir03.02.2026 - 18:47
ADU-nun Təhsil fakültəsinin dekanı Firuzə Rzayeva elmlər doktoru elmi dərəcəsinə layiq görülüb03.02.2026 - 18:29
Türk Dünyası Araşdırmaları Mərkəzi yeni layihələr hazırlayıb03.02.2026 - 18:15
Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyası yekunlaşıb - FOTO03.02.2026 - 18:09
Naxçıvan Dövlət Universitetində Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd olunub - FOTO03.02.2026 - 17:50
Bu kollecə yeni direktor təyin edilib 03.02.2026 - 17:39
Nazir kollec direktorunu işdən çıxardı - FOTO03.02.2026 - 17:24
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradıldı - FOTOLAR03.02.2026 - 17:11
67 illik karyerası ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü03.02.2026 - 16:51
Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO03.02.2026 - 16:26
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib - FOTO03.02.2026 - 16:02
MEK-də növbəti könüllülük proqramı başa çatıb - FOTO03.02.2026 - 15:49
Doktorantlar üçün növbəti seminar keçirilib - FOTO03.02.2026 - 15:38
BANM beynəlxalq əmək bazarı üçün kadr hazırlığını genişləndirir03.02.2026 - 15:25
Bu qədər təhsil işçisi sanatoriya və istirahət imkanlarından yararlanıb03.02.2026 - 15:13
MDU əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO03.02.2026 - 14:57
Elm və təhsil nazirinin müavini İsraildə səfərdədir03.02.2026 - 14:45
Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb03.02.2026 - 14:33
ADU ilə Cənubi Koreyanın Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO03.02.2026 - 14:20
ADU-da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub - FOTOLAR03.02.2026 - 14:10
Respublika Uşaq Kitabxanasında Gənclər Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTO03.02.2026 - 13:54
ADU-nun müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib03.02.2026 - 13:40
Azərbaycan Dillər Universitetində laborant vəzifəsi üzrə vakansiya elan olunub03.02.2026 - 13:30
BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğur qazanıblar03.02.2026 - 13:20
VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib03.02.2026 - 13:09
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır03.02.2026 - 12:56
Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR03.02.2026 - 12:43
Məktəblilər arasındakı dava ilə bağlı polisdən AÇIQLAMA03.02.2026 - 12:30
UNEC dosenti AQTA yanında İctimai Şuranın sədri seçilib03.02.2026 - 12:19
BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda03.02.2026 - 12:08
"X" sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır03.02.2026 - 11:52
Şifahi sənət və yazılı ədəbiyyat münasibətləri: monoqrafik tədqiqat işığında03.02.2026 - 11:40
Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO03.02.2026 - 11:29
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qərbi Azərbaycanla bağlı materiallar toplayıblar - FOTO03.02.2026 - 11:18
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir03.02.2026 - 11:07
Sabah hava necə olacaq? 03.02.2026 - 10:51
“Şəhidin səsi” proqramının fevral buraxılışları Xocalı soyqırımına həsr olunacaq03.02.2026 - 10:39
“Ruh atası” filmi martda nümayiş olunacaq - FOTO03.02.2026 - 10:28
AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrinin sayı artıb - FOTO03.02.2026 - 10:20
Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib - FOTO03.02.2026 - 10:12
LDU-da dosent Arif İsmayılovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO03.02.2026 - 10:00
“Xaricdə yaşayan bəzi bloqer və tiktokerlər canlı yayımda insanları alçaldır”03.02.2026 - 09:49