Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinə yeni direktor təyin edilib.
“Tehsil365" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub.
Xatırladaq ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

