Sumqayıt Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyası 29 dekabr 2025-ci il tarixində başlayıb və 31 yanvar 2026-cı il tarixində yekunlaşıb.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, sessiya müddətində universitet üzrə tədris planlarına uyğun olaraq ümumilikdə 1764 imtahan təşkil olunub. Keçirilən imtahanların 202-si Riyaziyyat fakültəsində, 251-i İqtisadiyyat və idarəetmə fakültəsində, 469-u Mühəndislik fakültəsində, 303-ü Təbiət elmləri fakültəsində, 259-u Tarix və coğrafiya fakültəsində, 280-i isə Filologiya fakültəsində baş tutub.
Qeyd olunub ki, imtahan sessiyası normativ tələblərə tam uyğun şəkildə, akademik dürüstlük və şəffaflıq prinsipləri əsasında təşkil edilib. Bu da tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini təmin edib.

