Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin dekanı, dosent Firuzə Ədalət qızı Rzayeva Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 yanvar 2026-cı il tarixli qərarı ilə pedaqogika elm sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, Firuzə Rzayeva 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası) ixtisası üzrə elmi fəaliyyətinə görə bu ali elmi ada layiq görülüb.
Universitet kollektivi Firuzə Rzayevanı bu münasibətlə təbrik edərək, ona möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb.

